Şükufə

 

Kitabxanaya hədiyyə

 

Azərbaycan hökuməti ilə Yaponiya hökuməti arasında imzalanmış mədəni qrantın ayrılmasına dair dövlətlərarası müqaviləyə uyğun olaraq Yaponiya tərəfi M.F.Axundov adına Azərbaycan milli kitabxanasına müasir elektron avadanlıq hədiyyə etmişdir.

Bu məqsədlə keçirilən tədbirdə Azərbaycanın Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev hədiyyə olunan avadanlığa görə Yaponiya hökumətinə təşəkkür etmiş, mədəniyyət sahəsində əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu söyləmişdir. Yaponiyanın Azərbaycandakı səfiri Talahiro Abe ölkələrimizin coğrafi cəhətdən bir-birindən uzaq olmalarına baxmayaraq, xalqlarımız arasında mədəni əlaqələrin yüksək səviyyəsini xüsusi vurğulamışdır. Bildirmişdir ki, milli ədəbiyyatımızın qorunaraq gələcək nəsillərə çatdırılması üçün onlar yeni avadanlığın köməyi ilə mikrofilmlərə, musiqi ədəbiyyatı və qram-plastinkalar isə kompakt disklərə, audiokasetlərə köçürəcəklər. Müqavilə çərçivəsində kitabxananın böyük akt zalı da elektron akustika və səsgücləndirici avadanlıqla təchiz olunmuşdur.

 

Bakı.- 2007.- 30 yanvar.- S. 2.