Görkəmli şəxsiyyətlərimizin
Tbilisidəki ev-muzeyləri Azərbaycan
hökumətinə bağışlanacaq
Ölkəmizin
Gürcüstandakı səfirliyinin səyləri sayəsində Azərbaycanın görkəmli şəxsiyyətləri Mirzə
Fətəli Axundovun,
Cəlil Məmmədquluzadənin və
Nəriman
Nərimanovun Tbilisidəki ev-muzeyləri Gürcüstanın dövlət reyestrinə
salınmışdır. Onlardan biri M.F.Axundovun ev-muzeyi Azərbaycan Prezidenti İlham
Əliyevin göstərişi ilə
əsaslı
təmir olunmuş
və
yenidən fəaliyyətə
başlamışdır.
Səfir Namiq Əliyev bildirmişdir ki, bundan sonra hər üç muzeyin əməkdaşları maaşlarını Gürcüstanın Mədəniyyət və İdman Nazirliyindən alacaqlar.
Xatırladaq ki, M.F.Axundovun ev-muzeyindəki dəyərli eksponatlar və bütün əmlak Ümummilli liderimiz Prezident Heydər Əliyevin tapşırığı ilə hələ 1996-cı ildə alınmış, orada eyni zamanda mədəniyyət mərkəzi yaradılmışdır. Sonralar bu muzeyin yerləşdiyi otaqlar, habelə N.Nərimanovun, C.Məmmədquluzadənin vaxtilə yaşadıqları mənzillər şəxsi mülk kimi soydaşlarımız tərəfindən satın alınmışdır. Sonuncu iki mənzil də əsaslı təmir edilmiş, lazımi eksponatlarla, o cümlədən yeni əşyalarla təmin olunaraq ev-muzeylərinə çevrilmişdir.
Həmin ev-muzeylər yaxın vaxtlarda Azərbaycan hökumətinə bağışlanacaqdır.
Azərbaycan.- 2007.- 14 yanvar.- S. 3.