Əhmədov A.
Xudafərin körpüləri
Bəşər cəmiyyətinin inkişafında Azərbaycan xalqının da öz payı var. Azərbaycanın coğrafi və hərbi-strateji mövqeyi, maddi resurs mənbələri, Böyük ipək yolu üzərində yerləşməsi, bir sözlə, qərblə-şərq, şimalla-cənub arasında "körpü" rolunu oynaması, qədim zamanlardan dövrümüzədək cəmiyyətin tarixi inkişaf mərhələlərini yaşamasına imkan yaratmışdır. Bu tarixi inkişaf mərhələlərini ulu əcdadlarımız tərəfindən inşa edilən və biz-gələcək nəsillərə miras qoyub getdikləri qədim abidələrimizdə görə bilərik. Bu tarixi abidələrin çoxu yer altında qalaraq məhv olmuş, bir hissəsi isə bu günə qədər qorunub saxlanmışdır. Bu mədəniyyət nişanələri babalarımızdan bizə irs qalmış qiymətli yadigarlardır ki, bunları öyrənmək və mühafizə etmək hər birimizin vətənpərvərlik borcudur.
Belə qədim abidələrimizdən biri də orta əsrlər
dövrünə aid olan, ulu babalarımız
tərəfindən Araz çayı
üzərində inşa
edilmiş
və Azərbaycanın
şimalı ilə cənubunu birləşdirən
Xudafərin körpüləridir.
Çox təəssüf
hissi ilə qeyd etməliyik ki, babalarımızın yadigarı olan bu körpülər bu gün bir çox digər abidələrimiz
kimi qaniçən ermənilərin əlində
qalmışdır. Belə ki,
Xudafərin körpüləri Azərbaycanın işğal olunmuş
Cəbrayıl rayonunun
ərazisindədir.
Xudafərin körpüləri bir-birindən 800 metr aralı salınmışdır. Körpülərdən biri
15, digəri isə 11 tağlıdır.
Mənbələrdə
15 tağlı
körpünün hələ
VII əsrdə mövcud olması
qeyd edilsə də, bəzi tarixi
ədəbiyyatlarda indiki körpünün Səlcuqların dövrünə XII əsrə aid olub, sonrakı dövrlərdə
bərpa və
təmir edilməsi göstərilmişdir. Lakin
Azərbaycanın görkəmli tarixçiləri Ziya Bünyadovun və Yusif Yusifovun redaktəsilə
1994-cü ildə çap olunmuş
"Azərbaycan tarixi" kitabında 15 tağlı
körpünün Şəddadilər sülaləsindən olan Azərbaycan hökmdarları
Fəzl ibn Məhəmməd
(985-1030) 1027-ci ildə hərbi məqsədlə
tikdirmişdir. Onu da qeyd edək ki, bu körpü Azərbaycanın şimal və
cənub əraziləri arasında iqtisadi və mədəni
əlaqələrin genişlənməsində, eləcə
də
hərbi-siyasi baxımdan mühüm rol oynamışdır. Onun uzunluğu 160 metrdir. Körpünün 120 metri Cənubi Azərbaycan (İran), 40 metri isə Şimali Azərbaycan ərazisinə daxildir.
Əsasən kərpicdən tikilmiş
15 tağlı körpü
təbii şəraitlə
üzvü əlaqələndirilmiş,
onun dayaqları süni oturacaqlar əvəzinə çayın
axarındakı qayaların
üzərində qurulmuşdur.
Buna görə də körpünün tağları təbii qayalar arasındakı məsafəyə görə
müxtəlif ölçülüdür.
Tağlar qövsvaridir.
On bir tağlı körpü tamamilə başqa quruluşda və memarlıq görkəminə
malikdir. Çay daşı və
əhəng daşından
tikilmiş bu körpünün də dayaqları təbii dayaqlar üzərində qurulduğundan, tağların
ölçüsü müxtəlifdir.
Körpünün mərkəzi
hissəsindəki 3 böyük
tağ kiçik tağlarda birlikdə əzəmətli kompozisiya
əmələ gətirir.
Bu körpünün uzunluğu 120 metrdir.
Bəzi tarixi ədəbiyyatlarda
11 tağlı körpünün
XIII əsrdə Hülakülər
(Elxanilər) dövləti
dövründə, bəzi
ədəbiyyatlarda isə
Səfəvilər dövründə
inşa ediliyi qeyd olunur. Xudafərin körpüləri Yaxın
və Orta Şərqdə ən əzəmətli körpüləri
sırasına daxil idi.
Bir faktı qeyd etmək istərdim ki, bu körpülər
öz adını Cənubi Azərbaycnın
Əhər bölgəsindəki
Xudafərin yaşayış
məntəqəsinin adından
"götürüb". Bu yaşayış məntəqəsi
şimaldan Əhərə,
cənubdan şərqə
doğru Kəlibərə,
qərbdən isə Vərziqanla həmsərhəddir.
Ərazisi dağlıq və
düzənlikdir. Havası yayda
xeyli isti, qışda mülayim olur. Xudafərin yaşayış məntəqəsi kimi ipək yolunun üstündə olduğundan
böyük əhəmiyyət
daşıyırdı.Xudafərin körpülərində yüz
illərin tarixi yatır. Bu yazını
Xalq şairi Bəxtiyar Vahabzadənin qələmə aldığı
"Gülüstan" poemasından
bir parça ilə bitirmək istəyirəm:
Daş körpü-vəhdətim,
daş Xudafərin! Gərəksiz daşların qalığı oldu. Üstündən bir kimsə
keçə bilmədi.
Bölünən bir xalqın
göz dağı oldu.
Vətən uğrunda.- 2007.- 13-19 yanvar.- S. 8.