Lisenziya
üçün Mədəniyyət və Turizm Nazirliyinə
müraciət etmək lazımdır
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanına əlavə edilməsi barədə Azərbaycan Prezidentinin 2006-cı il 6 iyul tarixli 427 nömrəli Fərmanına əsasən, mehmanxanaların və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılmışdır. Bununla bağlı əlavə məlumatı nazirlikdən almaq olar.
Xüsusi razılıq almayan mehmanxanaların və mehmanxana tipli obyektlərin fəaliyyəti qanunsuz sayılacaq, onlara qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcəkdir.
Əlavə
məlumatı 492-88-50 nömrəli telefonla almaq olar.
Respublika.- 2007.- 12 yanvar.- S. 2.