Bəhruz Kəngərlinin 115 illiyinə

həsr edilmiş tədbir

 

Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyində Azərbaycan peşəkar rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərlinin anadan olmasının 115 illiyinə. həsr edilmiş tədbir keçirilib. APA-nın Naxçıvan bürosunun xəbərinə görə. tədbiri giriş sözü ilə açan Muxtar Respublika Mədəniyyət Turizm nazirinin müavini Məhəmməd Həsənov realist sənətkarı Azərbaycan rəssamlıq sənətinə verdiyi töhfələrdən, onun irsinin öyrənilməsi təbliği ilə əlaqədar görülən işlərdən danışıb. Nazir Sarvan İbrahimov isa görkəmli rəssamın 30 illik ömür yoluna nəzər salaraq onun yaradıcılığı haqqında iştirakçılara məlumat verib. Tədbirdə Azərbaycan xalq rəssamı Hüseynqulu Əliyev, muzeyin fond müdiri əvəzi Miranə Həmzəyeva sənətkarın portretçilik məharətindən, onun "Qaçqınlar" silsiləsinə daxil edilən sənət əsərlərinin ideya-bədii əhəmiyyətindən bəhs ediblər. Sonda rəssamın əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Xalq cəbhəsi.- 2007.- 24 yanvar.- S. 15.