Qaliboğlu E.

 

“Hanı dediyim bəy ərənlər?”

 

Vəcihə Səmədova adına sərgi salonunda rəssam Vaqif Ucatayın fərdi yaradıcılıq sərgisi açılıb. Onun yaradıcılığında sözün əsl mənasında milli ruhumuza, kökümüzə özünəməxsus baxış aydınca sezilir. Vaqif Ucatay 1955-ci ildə Dəvəçi şəhərində anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin boyakarlıq fakültəsinə daxil olub, sevdiyi sənətin sirlərinə yiyələnmək imkanı əldə etdim. Bir çox çətinliklərə baxmayaraq indiki Sankt-Peterburqda İ.Repin adına Rəssamlıq Akademiyasının boyakarlıq fakültəsinə daxil oldum". O, akademiyadakı təhsilini dahi Nizaminin 1941-ci ildə Leninqradın mühasirəsi zamanı keçirilmiş 800 illik yubileyinə həsr etdiyi "Nizami işığında" adlı tablosunu çəkməklə başa vurub.

Çoxsaylı sərgi eksponatları sırasında bu əsər də vardı. Kətan, yağlı boya ilə çəkilmiş (208x160) əsəri hazırda Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində qorunur. Böyük həcmli tabloda müharibənin bütün ağrı-acısına, yaratdığı fəlakətlərə baxmayaraq insanların bəşəri təcəssümünün rəmzlərindən biri olan dahi Nizamiyə sayğısı barizliyi ilə ifadəsini tapıb. Böyük stol ətrafında əksəriyyətinin üzü Nizaminin divardan asılmış böyük portretinə sarıdır. Ayaq üstə çıxış edən natiqlərdən birisi əlini Nizaminin tablosuna tuşlayıb...

Müəllifin   ən   böyük həcmli və aparıcı əsərlərindən biri "Dədə Qorqud dastanları" mövzusunda çəkdiyi "Hanı dediyim bəy ərənlər" adlanır  (kətan, yağlı boya). Rəssam deyir ki, bu əsəri yaradarkən o, tarixi-etnoqrafik köklərə əsaslanıb; obrazın mahiyyətinə uyğun olaraq heç bir dövrə, mühitə, tarixi şəraitə sığmayan, zamanın fövqündə duran böyük bir türk insanın, Dədə Qorqudun, surətini yaratmağa çalışıb: "Dədə Qorqud tabloda real həyatdan dağlardan, qayalardan, torpaqdan, çaylardan, bir sözlə, yerdən yüksəkdə sol əlində qızılı rəngli qolça qopuz tutmuş, sağ əli ilə isə dinamik şəkildə işığa doğru əlini açmış şəkildə təsvir olunub. Dədə Qorqud Oğuzluğu, ağsaqqallığı ucalıq qədər bizə yaxındır. Qopuz türk millətinin azman ucalığı ilə yanaşı mükəmməl bir mədəniyyətə sahib olması deməkdir. Qopuzun qolu üzərində pərdə bölgülərinin yerində Oğuz türklərinin 24 damğası təsvir edilib. Bu, Dədə Qorqudun Oğuz türkü olmasından, oğuzlar üçün boy boylamasına, soy soylamasına işarədir. Qopuzun çanağında, dairəvi boşluqda yuxarıda taxtanın üzərində bir qədər tünd boya ilə əbədiyyət rəmzi olan əbədi və sonsuz xoşbəxtlik zənciri adlanan naxış çəkilib. Qorqudun başında isə uca, möhtəşəm şaman papağı var. Boyalar ucalıq, təmizlik, idraklık anlamındadır. Dədə Qorqudun sifətində müdrikliklə yanaşı əzablı kədərini göstərməyə çahşmışam. Uzun, qar kimi ağ saç-saqqal onun ululuğuna, qədimliyinə işarədir".

Rəssamın "Fəlakətdə işıq" adlı əsərində qara, boz işıq fonu var. Yaşlı türk kişisinin əlində saz təsvir edilib. Həmin kişinin yaşlı ata-anası nəvələrinin əhatəsindədir. Türk kişisinə qızı möhkəmcə sığınıb. Həyatın ölüm adlı qarşısı alınmamazğı, biçimi var. Lakin bu fəlakətli görünən həyatda daim işıq, ümid tapmaq mümkündür. Əgər türk sazından ayrılmayıbsa, deməli, onun xilas olmaq imkanı tükənməyib. 1992-ci ildə çəkilmiş "Fəryad" əsərində təsvir edilən qadın obrazı odun alovun içindən sıyrılıb çıxır. Şübhəsiz, bu əsər Xocalı faciəsi mövzusunda çəkilib. Bütüıı aləm qara, boz ngdədir. Mas-mavi göy üzünü qara rəng demək olar, bürüyüb. Rəssamın Xocalı faciəsinə həsr etdiyi "Xocalı" plakatı bu mövzuda yaradılmış ən təsirli əsərlərdəndir. Hazırda da dünya Xocalı faciəsinə biganədir. Südəmər bir türk körpəsinin ürəyinə sancılmış nc rəmzli xaçın ucunda Kremlin rəmzi var. Üstündə rus rəmzi var. Üstündə rusca ermənicə "Türkə ölüm" yazılıb. Uşağın ətrafında qan gölməçəsi yaranıb.

"Zor gücsüzlüyü" adlı əsərdə yerin təkinə belə işləmiş möhtəşəm, qollu-budaqlı ağaca bənd edilmiş nəhəng zəncirlərin lması təsvir edilib. Zəncirlər ağacın qol-budaqları onun kökündən ayırmaq istəsə mümkün olmayıb. şübhəsiz, nyanın Türk Dünyasına qarşı həqarətli, rəqabətli ironiyalı münasibətinin gec-tez iflasa uğrayacağına dərin inamın təzahürüdür.

"Mənim gördüyüm Əziz Şərif adlı böyük həcmli əsər Əziz Şərifin qürbətdə Moskvada keçən ömrünün sonuncu, 94-cü baharının bir anını ifadə edir. Onun otağına günəşin gur işığı düşüb; otaqdakı soraqlar Əziz Şərifin keşməkeşli ömründən xəbər verir. Qocanın sağ əlində çəlik var. Hiss olunur ki, qarşısındakı çay çoxdan soyuyub. O, dərin xəyala varıb. Kədərli gözlərində həyata qarşı inam sönməyib. Bu əsərdən doğan na odur ki, insan hətta qocalıq çağında be böyük işlər görə bir. Əsas odur ki, insan öz ömrünü mənalandıra bilsin. Rəssamın peyzaj əsərləri diqqəti cəlb edir. Onun "İlin fərəhləri" silsiləsindən dörd fəslin hər birini özünəməxsus şəkildə duyması qəribə, bitkin, özünəməxsus bir ahəng yaradır. "Qış fərəhi" təbiətin zahirən donmuş, qar nağılına qərq olmuş bir məqamını ifadə edir. Çılpaq ağacların fonunda uzaqlarda uca çinarlan əhatəsində böyüklü-baxçalı kənd evləri görünür. Qışın soyuqluğu ürəkləri  üşüdə bilmir. İnsanın həyata inamı olması yetər ki, o, bütün məqamlarda ruhlansın. Ruhlanmaq həyatdan yüksəyə qalxmaq deməkdir. "Yaz fərəhi" adlı əsərdə rəssamın qışda təsvir etdiyi lövhə büsbütün yenidən doğulub. Kim deyir desin, yaz fəsli fəsillərin ən gözəlidir. Çünki yaz yenidən doğulma deməkdir. "Yay fərəhi" adlı əsərdə təbiətin günəşin şöləsindən odlanması, hətta qüruba getməsinin çalarları da müəyyən məqamlarda hiss olunur. "Payız fərəhi" əsərində təbiətin xəzanı insana hədsiz kədər bəxş etdiyi dərəcədə həm onu fərəhə qərq edir. Bu silsilədə insan halları ilə təbiət hallan arasında həmahənglik aranıb, axtarıb. Təbiət mövzulu əsərlərdən rəssamın "Abşeron gözəli" (karton, yağlı boya) gözəl alınıb: qocaman, çardaqlı ağacın qapqara kölgəsi gün işığı ilə təzad təşkil edir.

V.Ucatayın natürmortları da zənginliyi özünəməxsus biçimi ilə .diqqəti cəlb edir. "Novruz sevinci" adlanan natürmortda stolun üzərində dopdolu bir novruz xonçası səməniylə birgə təsvir edilib. Mürəbbəli, çaydanlı, armudu stəkanlı güldanda təzətər güllü təsvir arxa planda milli xalça rəmzli ornamentlərlə davam edir. Bu, mətbəx mədəniyyətimizin milli ruhumuzdan qaynaqlanmasına bir sübutdur. V.Ucatayın yaradıcığında 1992-ci ildə çəkdiyi dövlət gerbinin eskizi, Kəmçilli "Dövlət cerbinin 40- eskizi" maraqlı alınıb. Sözügedən silsilədən ikinci əsər daha təkmildir. Burada türkün mifoloji inanc obrazları qurd at, həmçinin mərkəzdə əbədi yanan od diqqəti xüsusi cəlb edir.

 

Xalq cəbhəsi.- 2007.- 24 yanvar.- S. 15.