Məmmədov N.
Rəsm müsabiqəsi
- Bakının 257 nömrəli Ədalət Abbasov adına orta məktəbdə şagirdlərin əl işlərindən ibarət rəsm müsabiqəsi keçirilmişdir. Sərgidə məktəbin 29 şagirdinin əl işləri nümayiş etdirilirdi.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, Rəssamlar İttifaqının üzvü Rauf Əbilhüseynoğlu, Xətai Rayonu İcra Hakimiyyətinin şöbə müdiri Rafiq İmanov, rayonun Gənclər və idman idarəsinin rəisi Əfqan Rzayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Firdus Əhmədov, “SOS” uşaq kəndinin nümayəndəsi Seyfəddin Ağaməmmədov və valideynlər iştirak edirdilər.
Məktəbin direktoru Tələt Qaraşov tədbiri açaraq qonaqları salamladıqdan sonra məktəbdə xüsusi istedada malik şagirdlərlə aparılan işlər haqqında qısaca məlumat verdi və rəsm sərgisinin təşkilində xüsusi əməyi olan rəsm müəllimi Sevinc Kərimovaya dərin minnətdarlığını bildirdi.
Şagirdlərin əl işlərinə baxış keçirildi və münsiflər heyətinin rəyi açıqlandı.
Məktəbin IX sinif şagirdi Aytən Məmmədova və VII sinif şagirdi Jalə Zeynalova I, VII sinif şagirdləri Aidə Məmmədova və Sayalı Muxtarova II, X sinif şagirdi Nərmin Səmədzadə isə III yerə layiq görüldülər. Qaliblərə Rəssamlar İttifaqı, Xətai Rayonu İcra Hakimiyyəti, rayonun gənclər və idman idarəsi və təhsil aldıqları məktəb tərəfindən diplom və qiymətli hədiyyələr, fərqlənmiş 10 şagirdə isə fəxri fərman təqdim olundu.
Azərbaycan
müəllimi.- 2007.- 19 yanvar.- S. 6.