Moskva Beynəlxalq İncəsənət festivalına
ev sahibliyi edir
Yanvarın 24-də Mosvanın "Manej" zalında "Ənənələr və müasirlik" adlı I Beynəlxalq İncəsənət Festivalı başlayıb. Festivalda Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov
və gənc rəssam Bəhram Xəlilov da iştirak edirlər. Azərbaycan Rəssamlar ittifaqından verilən məlumata görə, "Manej"də dünyanın 8 ölkəsindən
50 qalereya öz işlərini nümayiş etdirir. Münsiflər Heyətinin
sədrliyində Rusiya
Rəssamlıq Akademiyasının
vitse-prezidenti Tahif
Salahov da təmsil olunub. Festivalın
yekununda 12 ən
yaxşı işin müəllifləri "Vera"
bürünc heykəlciyi
ilə təltif olunacaq. Festivalın sonuncu günü - yanvarın 27-də xeyriyyə məqsədli hərrac keçiriləcək,
Toplanan vəsait Ümumrusiya Onkoloji Mərkəzinin uşaq bölməsinin hesabına
köçürüləcək.
Yeni Azərbaycan.- 2007.- 26 yanvar.- S. 8.