Mükərrəmoğlu M.
Rəssam Vaqif Ucatayın fərdi
sərgisi açılmışdır
Rənglərin dili
ilə danışmağı bacaran insanlardır rəssamlar.
Bu yeganə sənətdir ki, heç bir ifaçı olmadan
səninlə üz-üzə dayanır. Sən dünya
işığından güc alan rənglərin
möcüzəsi ilə qarşılaşırsan.
Rəssamlardır yalnız dünyanı öz rəngində
görən insanlar. Azərbaycanımızın belə
möciizələr yaradan nadir istedadları çoxdur. Onların
əsərləri evimizdə, işlədiyimiz
müəssisədə, təhsil ocaqlarımızda divarlarımızı
bəzəyir. Bəzən
biz onların mahiyyətinə varmırıq. Ya bu əsərləri
qiymətləndirməyi
bacarmadığımıza görə. ya da sadəcə,
laqeydliyimiz ucbatından.
Ölkəmizin sərgi salonlarına da ki təsadüfı halda ayaq basırıq. Əgər yolunuz düşsə bu günlərdə Vəcihə Səmədova adına sərgi salonuna gəlin və siz burada möcüzələrlə dolu bir aləmlə qarşılaşacaqsımz. Rəssam Vaqif, Ucatayın qəlb dünyasının sənətə çevrilmiş yaşantıları sizi qarşılayacaq.
Bu fərdi sərginin açılışında çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun sözləri ilə desək, Vəcihə Səmədova adına sərgi salonuna son vaxtlar bu qədər tamaşaçı gəlməmişdi. Səbəb isə aydın idi. Tamaşaçılar bilirdilər ki, bu sərgidə böyük mətləblər danışan qiymətli sənət əsərləri ilə qarşılaşacaqlar.
Diqqəti ilk çəkən müəllifm “Avtoportret”i idi. Sonra ilin dörd fəslinin kətan üzərinə köçmüş təsvirini əks etdirən əsərlər sıralanıb. Hər fəslin öz rəngi, öz ovqatı var. Vaqif bu əsərləri yaradarkən elə məqamlar seçə bilmişdir ki, tamaşaçı onlari seyr edərkən, sanki, o fəsli yaşayır.
Mən Vaqifın hansı janrda daha yaxşı işlədiyini seçə bilmədim. Çünki mənzərələr də, portretlər də o qədər səlist və ahəngdar işlənmişdir ki, rəssamın istedadına heyran olursan.
Bir
tamaşaçı ilə Vaqif müəllimin söhbətini
dinlədim. Bu qadın minnətdarlıq hisslərini rəssama
çatdırdı. "Qardaşım, sağ ol, mən bu
anlar özümü çox xoşbəxt sanırdım. Bu
əhvalı
bizə bəxş etdiyinizə görə sizə
təşəkkürümü bildirirəm".
Tamaşaçıların böyük bir qismi "Xocalı" rəsminin qarşısında toplaşmışdır. Sinəsinə xəncər taxılmış çılpaq, körpə uşaq qan içindədir və xəncərin dəstəyi Kreml qülləsinin rəsmidir. "Mənim gördüyüm “Əziz Şərif” rəsmi isə daha təbiidir. "Nizami işığında", "Abşeron gözəli", "Dədə Qorqud", "Zor gücsüzlüyü", "Tükənməzlik"və onlarla başqa əsərlər tamaşaçıları əsl mənada məftun etmişdi.
Vaqif Ucatayın fərdi
sərgisi onun tamaşaçılar qarşısında ilk
hesabatı idi. Deyir ki, buraya 100-dən çox əsər
gətirmişəm. Amma onların bir qismi sərgidən kənarda qaldı.
Xüsusilə satirik əsərlərimi
tamaşaçılara təqdim edə bilmədim.
Beləcə, neçə
gün burada sərgilənən əsərlər
tamaşaçıların ixtiyarına veriləcək. Gəlin,
baxın! Baxsanız, düşünməli olacaqsınız.
Buradakı əsərlərdə həyatın əsl
mahiyyəti, sabaha ümid notları toplanmışdır.
Kim bilir, bu əsərlər
bundan sonra hansı böyük muzeylərin eksponatına çevriləcək.
Xalq qəzeti.- 2007.- 26 yanvar.- S. 6.