Müsabiqənin qalibləri mükafatlandırılıb

 

Tiflis şəhərinin "Pirosmani" sərgi mərkəzində uşaqlar arasında keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, səfirlik tərəfindən azərbaycandilli məktəblərin şagirdləri arasında təşkil olunan müsabiqə ötən il noyabrın 1-dən dekabrın 1-nə qədər davam edib. Qalibləri Gürcüstan Bədii Akademiyasının rektoru Giya Buqadzenin rəhbərlik etdiyi Münsiflər Heyəti müəyyənləşdirib.

 

Ədalət.- 2007.- 17 yanvar.- S. 6.