Zəhra

 

Rəssam Vaqif Ucatayın fərdi yaradıcılıq sərgisi təşkil edilib


Vəcihə Səmədova adına Salonda rəssam Vaqif Ucatayın fərdi sərgisinin açılışı olub. Sərgidə rəssamın rəngkarlıq qrafika janrında yaratdığı 80-ə yaxın əsəri nümayiş etdirilib. Açılış mərasimində çıxış edən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov V.Ucatayın əsərlərinin Azərbaycan rəssamlıq sənətinin ən gözəl nümunələri sırasında yer aldığını vurğulayıb: "Onun əsərlərinə baxdıqca insan sanki yeni bir aləmə düşür. Həmin əsərlərdə təsvir olunan mənzərələr insanın gözləri qarşısında əyani şəkildə canlanır. Mən Vaqif Ucatayın yaradıcılığı ilə çoxdan tanışam. Onun əsərlərinin mövzu rəngarəngliyi hər zaman diqqətimi çəkib". Rəssamlar İttifaqı sədrinin informasiya xarici işlər üzrə müşaviri Ənvər Qarayev həmkarının yaradıcılığından söz açıb: "Vaqif Ucatayın Nizami Gəncəvinin yubileyinə həsr etdiyi əsəri hər zaman diqqət mərkəzində olub. Hazırda muzeydə saxlanılan bu əsəri rəssam hələ Sankt-Peterburqda təhsil alan zaman çəkmişdi. Bugünkü sərgidə şəmin portretini görə bilərsiniz". Ə.Qarayevin dediklərindən belə məlum olub ki, V.Ucatay əsərlərini akademik stilə uyğun işləyib rəngkarlığın natürmort, portret kimi janrlarında əsərlər yaradıb. V.Ucatayın tələbələri öz çıxışlarında onu qayğıkeş professional müəllim kimi xarakterizə ediblər. Sonda Vaqif Ucatayın "Nizami Gəncəvi", "Natürmort", "Tarix", "Portret" adlı əsərlərinin yer aldığı sərginin açılışı olub. Qeyd edək ki, Vəcihə Səmədova adına Salonda baş tutacaq növbəti sərgidə İran sənətkarlarının əsərləri nümayiş olunacaq. Ə.Qarayevin sözlərinə görə, iranlı kalliqrafların sərgisi yanvarın 29-da gerçəkləşəcək.

 

525- ci qəzet.-2007.-24 yanvar.-S.7.