Banu
Xalça bazarında inkişaf
ləng gedir
Xalçaların istehsalı
və satışı
arasında nəzərə
çarpacaq fərq yaranıb
Azərbaycanda əllə toxunan xalça bazarının inkişafı ləng və qeyri dinamik
xarakter daşıyır. Bu qeyri-dinamiklik
ilk növbədə xalçaların
istehsalı və satışı arasındakı
nəzərəçarpacaq fərqdə özünü büruzə verir. Bu nəticə PROCON GfK International Resarch GROUP-un
2006-cı il iyunun
6-dan avqustun 26-dək əllə
toxunan xalça bazarı ilə bağlı marketinq tədqiqatından sonra əldə edilib.
Tədqiqatın nəticələri əsasında
belə qənaətə
gəlmək mümkündür
ki, bazardakı satış həcminə
görə əsas üstünlük Şirvan,
Quba və Qarabağ xalçalarına
məxsusdur. Araşdırma nəticəsində üzə çıxan maraqlı
məqamlardan biri də xalça istehsalı ilə satışına dair göstəricilər arasındakı
fərqdir. Konkret
olaraq, yerli xalça istehsalçıların
arasında keçirilən
sorğuya verilən cavablardan aydın olur ki, onlar
tərəfındən son müddət ərzində
25 ədəd yun və 1 ədəd ipək Qarabağ xalçası istehsal edilmişdir. Halbuki həmin müddət ərzində satıcılar
299 yun, 4 ipək, 73 pambıq və 38 qarışıq materialdan
olan Qarabağ xalçası satdıqlarını
bildirmişlər(son bir
ildə yerli istehsalçılarına pambıq
nə də müxtəlif qarışıqlardan
olan xalçalar istehsal etmişlər). Bu isə öz
növbəsində xalça
istehsalı və satışı arasında
olan əhəmiyyətli
uyğunsuzluqdan xəbər
verir. Bunun da şöbələri bazarın
dövriyyəsinin çox
kiçik olması və istehsalçıların
bazardakı tələbatını
qısa bir zamanda ödəmək gücü ilə olmaması ilə bağlıdır.
Yerli xalça bazarının zəifliyini
göstərən başqa
bır əlamət isə satıcılarla aparılan sorğu zamanı əldə edilən xalça alışı zamanı alıcıların istəklərinə
təsir göstərən
amillərin təhlilindən
irəli gəlir. Konkret olaraq,
təhlil onu göstərir ki, alıcıların seçimlərinə daha
çox keyfıyyətli
inkişaf VQ innovativ texnologiyaların müdaxiləsinə
yer qoymayan estetika ilə bağlı amillər (rəng, gözəllik və s.) təsir göstərir. Bu isə öz növbəsində,
bu sahədə geniş ixtisaslaşmanın
və məhsulun keyfiyyətinin artırılmasına
yönəlmiş texnoloji
nailiyyətlər əsasında
inkişafın qarşısını
alır.
Beləliklə, təhlillər
göstərir ki,milli xalça bazarını inkişaf dinamikası qeyri-çevikliyi
ilə səciyyələnir.
Ayna.- 2007.- 13 yanvar.- S. 20.