"Azərbaycan uşaqların
gözü ilə"
Fransanın Bakıdakı
səfirliyi və Fransa Mədəniyyət Mərkəzi yanvarın
26-dan fevralın 22-dək Fransa
Mədəniyyət Mərkəzində
"Doğma Qafqaz: Azərbaycan uşaqların
gözü ilə"
adlı fotosərgi təşkil edir.
Qeyd edək ki, gənc
fransız fotoqrafları May-Loan Bassot
və Tibo Fores "Addım-addım"
fotoekspedisiyası çərçivəsində
2006-cı ilin fevralından
2007-ci ilin yanvar ayınadək Fransadan Mərkəzi Asiyaya kimi 20 min kilometrlik məsafəni təkərli
mobil fotolaboratoriyanın
içində qət
ediblər. Onlar hər dayanacaqlarında
qarşılarına çıxan
məktəbli uşaqlar
üçün iki-üç
həftəlik fotoməşqlər
təşkil ediblər.
Layihənin məqsədi dünyanı
uşaqların gözü
ilə göstərməkdir.
Fotoşəkilləri uşaqlar məhz
özləri çəkirlər.
"Doğma Qafqaz: Azərbaycan uşaqların gözü ilə" adlı fotosərgi bu macəranın bir hissəsidir və Qalaçıq, Kiş kəndlərində yaşayan
uşaqların gündəlik
həyatları da bu fotoşəkillərdə
əks olunub.
Ayna.- 2007.- 26 yanvar.- S. 8.