Mövsümova S.
“Yəqin
başqa ölkədə belə deyil...”
Azyaşlı və
yeniyetmə məktəblilər Azərbaycan
mədəniyyətinin fərqli cəhətlərini
fotolentə köçürməyə
çalışır
Ötən həftə
sonu Fransanın Bakıdakı səfirliyi Fransa
Mədəniyyət Mərkəzində "Doğma Qafqaz:
Azərbaycan uşaqlarının gözü ilə"
adlı fotosərgi təşkil etdi. "Sərgi addım-addım
pedoqoji və eyni vaxtda mədəniyyətlərarası
yönümlü fotoekspedisiyadır. Məqsədi
dünyanı uşaqların
gözü ilə göstərməkdir. Bu addımlayan təkər üstə foto laboratoriya ötən ilin yanvarında Parisdən start götürərək Qafqazdan
mərkəzi Asiyaya qədər yol gedir. Ekspedisiyanın üzvləri çox vaxt çətin və kasıbçılıqda
yaşayan uşaqlarla
işləyir, onlara
məşqlər keçir,
onları dünyanın
digər ölkələrində yaşayan eyni
yaşlı uşaqların
şəkilləri ilə
tanış edir.
Tanışlıq məqsədi daşıyan fotoməşqlərdən sonra uşaqlara fotoaparat verilir və on mövzu ətrafında gündəlik həyatlarının əsas xüsusiyyətlərini, orijinallığını fotoşəşillərlə təqdim etmək tapşırılır. Ekspedisiya üzvləri hər məşqdə uşaqlara digər ölkələrdə yaşayan yaşıdlarının işlərini göstərirlər. Bütün bu məşğələlərin əsas prinsipi odur ki, onlar başqasının mənliyini, onlardan fərqliliyini dərk edə bilsinlər. Bu sıraya "Kim olduğunu bizə göstər", "Maraq dairəmiz", "Ailəm", "Mənim portretim", "Oyunlarım", "Dostlarım", "Mənim heyvanım", "Yaşadığım ev", "Məktəbim", "Yeməklərimiz", "Mədəniyyətimin rəmzi" başlıqlı təcrübi mövzular daxildir. Hər məşqdən sonra uşaqlara çəkdikləri şəkillərə münasibət bildirmək təklif olunur. Daha sonra isə "Ən çox xoşuna gələn şəkil hansıdır", "Dünyada yaşayan digər uşaqlara nə demək istərdin", "Bu təcrübə sənə nə verdi" kimi münasibət çatdıran fikirlər söyləməyə imkan verilir. Birinci fotoməşqlər 2005-ci ilin oktyabrında Parisin ibtidai məktəbində həyata keçirilmişdi. Sonra isə geniş vüsət alaraq dünyanın müxtəlif ölkələrində də həyata keçirilib. Bu layihə iki gənc fransız fotoqrafı May-Loan Bassot və Tibo Foresin şəxsi təşəbbüsü ilə yaranan fotoekspedisiyadır. Onların foto sənətinə, macəralara, birgə marağa ehtiras və yaradıcı enerjili həvəsləri "mədəniyyətlərarası nəsil" proqramının meydana gəlməsinə də kömək olur.
Mərkəzdə nümayiş etdirilən sərgidə isə dünya uşaqların gözü ilə çox maraqlı görünürdü. Onların bəziləri özəl sənətə münasibətini belə bildirir: "Bu mənim rəfiqəmdir. Məktəbdən evə qayıdırıq. Adətən məktəbdən sonra yolda zarafatlaşıb oynamağı çox sevirik. Mən məktəbimizi də çox sevirəm, Çünki müəllimlərimiz mənə yazıb-oxumağı öyrədirlər. Sinif yoldaşlarımı da çox sevirəm. Məsələn, Nigarı, Sevinci. Lövhədə tapşırıq yazmağı da xoşlayıram". Könül, 10 yaş, Qalaçıq kəndi.
"Bu kağızda mən Azərbaycan dilində nə çəkmək istədiyimi yazmışam. Mən öz portretimi, ailəmin, mədəniyyətimizin bir rəmzini, cəmiyyətimizin, tariximizin şəklini çəkmək istədim. Lakin mən 10-dan çox şəkil çəkdim. Çünki ilk dəfədir ki, fotoşəkil çəkirəm. " Mariana, 14 yaş, Qalaçıq kəndi.
"İmran nişanlısı ilə bu həyətdə qalacaq. Onu babası təbrikə gəlib. İmranın boynunda çoxlu kəlağayı var. Adətə görə, ailə üzvləri və qonaqlar onları təbrik etməli, hədiyyə bağışlamalıdır." Seymur, 15 yaş, Kiş kəndi.
"Mənim şəklimi bacım çəkib. Biz meşədən meyvə yığmağa gedirik. O meyvələrdən kompot hazırlayıb bütün qışı içirik. Qalaçıq kəndinın iki tərəfindən çay axır. Birinə Böyük çay, o birisinə Kiçik çay deyirik. Üzü dağa baxanda Kiçik çay sağdadır, Böyük çay solda. Çayın suyu çox təmizdir və dağlardan gəlir. Bizim kənddən yuxarı başqa kənd yoxdur, Şəkil çəkmək çox xoşuma gəlir. Mənim öz fotoaparatım yoxdur. Ona görə, mən çox şəkil çəkdim ki, yadigar qalsın." Fəridə, 15 yaş, Qalaçıq kəndi.
"Bu mənim respublikamın bayrağıdır. Mənim mədəniyyətimin rəmzidir. Mübarək məktəbimizin divarında çəkilib. Göy rəng bizim türklüyümüzü təqdim edir. Türklər səmaya baxaraq dua edirdilər. Qırmızı rəng demokratiya rəmzidir. Yaşıl isə islamın rəmzidir, Ortadakı aypara və səkkiz guşəli ulduz göydə gördüyümüz ay və ulduzlardır. Bu bayraq bizdə çox tanınıb. Lakin 20-ci illərdən sonra ölkəmizdə sovet bayrağı olub." Pərviz, 14 yaş, Kiş kəndi.
"Bu mənim babam
və nənəmdir.
Mənə elə gəlir ki, onlar çox gözəldir. Mən anadan olandan bu portret bizim qonaq
otağındadır. Mən istərdim həmişəük onu yadigar saxlayım, Mənim babam kəndimizin yeni məktəbinin direktorudur.
Bir dəfə Heydər Əliyev
Kiş
kəndinə gələndə mənim babam ona dedi ki,
bizim təzə məktəbə
ehtiyacımız var. Heydər Əliyev
vəd verdi və
vədini yerinə
yetirdi."
Ümid, 12 yaş, Kiş
kəndi.
"Mənim qonşum qaynar təndirdə
çörək yapır. Hərənin belə
təndiri
olur.
içində
od yandırırlar.
Sonra divarlarına çörək yapırlar. Bu çox
çətindir. Amma bu şirın çörək deyil.
Şirin
çörəyi Ramazan bayramında yapırlar."
Şəhla,
16 yaş, Kiş
kəndi.
"Mən boranıları çəkmişəm. Bizim bostanımızda bitir.
Mən boranı yeməyi çox xoşlayıram. Biz onunla plov hazırlayırıq. Plov çox dadlı
və şirindir.
Şəkil çox xoşuma
gəlir. Çünki, boranılar sapsarıdır
və parıldayır."
Səidə, 15 yaş,
Qalaçıq kəndi..."
Kiçik yaş kateqoriyasına daxil olan bu
uşaqların hərəsinin
özünəməxsus fikir,
düşüncə məntiqi
var. Ən əsası
onların çəkdikləri
şəkillər vətən,
torpaq, ailə sevgisinə köklənib. Yaşından asılı olmayaraq uşaqların zövqləri
də diqqət çəkir. Bundan başqa
onlar ölkələrin
adət-ənənələrini mükəmməl təsvir
edə bilirlər.
Onu da deyək ki,
foto-sərgi layihə
rəhbərlərinin təşkil
etdikləri macəranın
bir hissəsidir və Qalaçıq, Kiş kəndlərində
yaşavan uşaqların
gündəlik həyatlarına
fotoşəkil və
sözlə ifadə olunmuş sevgi ilə dolu baxışlardı.
Paritet.- 2007.- 30-31 yanvar.- S. 12.