İstiqlal abidəsinin
hazırlanması üçün beynəlxalq müsabiqə
elan ediləcək
Azərbaycan Demokratik
Cümhuriyyətinin şərəfinə ucaldılan
abidə kompleksi İstiqlaliyyət küçəsində
qoyulacaq
"Azərbaycan
Rəssamlıq Akademiyasında təhsilin səviyyəsi bizi
qane edir. Ancaq bəzən nizam-intizam məsələsində
problem olur ki, bu da onların emalatxanalarda
işləmələrinə bağlıdır. Bizim
akademiyada xarici tələbələrin də sayı
çoxdur. Onların səviyyəsi olduqca
yaxşıdır.
Bu gün
rəssamlıq və heykəltəraşlıqda da
mədəniyyətin bütün sahələrindəki kimi
problemlər var. Amma memarlıq sahəsində işlər
yaxşıdır, heykəltəraşlıqda da son zamanlar
sifarişlər çoxalıb. Bəzi problemlər isə
qalır". Bunu APA-ya eksklüziv müsabiqəsində
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru,
məşhur heykəltəraş Ömər Eldarov deyib. Ö.
Eldarov qiymətlərin son qalxımının
heykəltəraşlıqda istifadə olunan materiallarının
qalxmasına səbəb olduğunu da bildirib: "Bundan sonra
gibs, mərmər, tunc məmulatlarının qiyməti
çox qalxacaq. Buna görə əmək haqqının da
artırılması lazımdır".
O, xarici
ölkələrdən Türkiyənin Qars
şəhərində Heydər Əliyevin bir neçə,
Ankarada İhsan Doğramacının heykəlinin, Avstriyanın
Vyana şəhərində Üzeyir Hacıbəyovun
heykəlinin ona məxsus olduğunu deyib: "Yaxın
günlərdə Türkiyədə yeni işlərə
başlayacağam. Artıq təkliflər var və Türkiyənin tarixi ilə bağlı heykəllər
hazırlayacağam. Bundan
sonra Amerika, Avropdan təklif alsam, öncə mənə olunan təkliflərin və hazırlanması nəzərdə
tutulan əsərlərin
məzmununa diqqət edəcəyəm. Gərək
hazırlayacağım heykəl
mənim özümə
yaxın olsun". Tiflis meriyasının Heydər
Əliyevin heykəlinin
ucaldılması ilə
bağlı qərarından
sonra abidənin hazırlanmasının ona
tapşırıldığını deyən Ö. Eldarov "Bu iş əvvəldən
mənə tapşırılmışdı. Mən heykəli düzəltmişəm,
ancaq sonradan fikirlərini dəyişiblər,
bunun səbəbini bilmirəm. İndi
işin kimə tapşırıldığı barədə məlumatım
yoxdur" deyib. İstiqlal abidəsinin hazırlanması ilə
bağlı prezident İlham Əliyevin sərəncamından sonra
beynəlxalq müsabiqə
elan ediləcəyini,
bununla bağlı hazırlıq işləri
aparıldığını və müsabiqənin şərtlərinin
hazırlandığını deyən Ö. Eldarov müsabiqədə xarici ölkələrin də heykəltəraşlarının iştirak edəcəyini söyləyib: "Bəlkə mən də İstiqlal abidəsinin hazırlanması ilə bağlı müsabiqədə
iştirak etdim". Xocalı faciəsinə həsr olunmuş abidə kompleksinin hazırlanması ilə bağlı məsələnin
artıq müzakirə
olunmadığını vurğulayan
heykəltəraş bu
abidənin hazırlanması
üçün müharibənin
başa çatmasının
vacib olduğunu qeyd edib: "Hələ bu abidənin hazırlanmasının
vaxtı deyil Məmməd Əmin Rəsulzadənin heykəlinin
2 metrlik modelini hazırladığını deyən
heykəltəraş Azərbaycan
Demokratik Cümhuriyyəti
ilə bağlı obelisk memarlıq abidəsi olacağını
söyləyib: "Abidə
İstiqlaliyyət küçəsində
İqtisadiyyat Universiteti
ilə Əlyazmalar İnstitutunun arasındakı
ərazidə qoyulacaq.
Bu işin hazırlanması mənə
tapşırılmayıb, abidəni kimin hazırladığını da
bilmirəm. Ancaq abidə kompleksinin bu il üçün
hazır olacağını
bilirəm". Motsartın
heykəlini hazırlamağı
nəzərdə tutduğunu
deyən Ö. Eldarov monumental heykəlin hazırlanması üçün
Prezidentin və ya Nazirlər Kabinetinin qərarı olmasının vacibliyini qeyd edib. Hazırda
Bakıdakı heykəllərə
qulluq olunmadığını
deyən Ö. Eldarov abidələrin təmizlənməsinin
vacib olduğunu vurğulayıb. Mədəni
abidələrin dağıdılmasını
pisləyən heykəltəraş
İçərişəhərdə hündürmərtəbəli binaların tikilməsinə
mənfi münasibəti
olduğunu deyib: "İçərişəhərdəki binaların 70%-i çox balaca idi. Onların
sökülməsinə ehtiyac
vardı, amma orada yeni hündürmərtəbəli
binaların tikilməsi
də İçərişəhərin
görkəminə çox
pis təsir edir. Bu binaları
başqa formada, daha alçaq tikmək mümkün idt. Amma görünüşə
xələl gətirmədən
yeni binaların tikilməsi labüddür.
Qız Qalası ətrafında tikilən hündürmərtəbəli binalar onun görünüşünü
tamam itirir. Gərək orada az mərtəbəli binalarm tikintisinə üstünlük verilsin".
Bakının qədimliyini
saxlamağın vacib olduğunu deyən akademik bunu "çox incə iş" adlandırıb:
"Bakının qədimliyini
saxlamağa ehtiyac var, amma hamısını
yox. Bu iş
olduqca çətin və mürəkkəb işdir". Azərbaycanda
beynəlxalq heykəltəraşlıq
müsabiqələrinin keçirmədiyini
söyləyən Ö. Eldarov
bunun üçün
təşəbbüs olmadığını
söyləyib. Heykəltəraşların
qazanc mənbəyinin
yalnız sifarişlər
olduğunu bildirən
heykəltəraş heykəllərin
qiyməti məsələsində
problem olmadığını
da qeyd edib.
Bu il 80 yaşını qeyd edəcək məşhur
heykəltəraş bundan
sonra Rəssamlıq Akademiyasının rektorluğundan
istefa verəcəyini
vurğulayıb: "Hətta
bu vəzifənin kimə həvalə olunması üçün
öz namizədim var. Onu buna
hazırlaşdırıram. Ancaq həmin adamm adını açıqlamayacağam. Deyərəm,
sonra onu incidərlər. Yubileyinin qeyd
olunması ilə bağlı hələ heç bir təklif olmadığını
deyən Ö. Eldarov öz abidəsini yaratmadığını da
söyləyib:" Abidəmi
yaratmamışam, belə
planım da yoxdur. Heç sərgi keçirmək fikrim də yöxdur. Mənim bir dəfə Bakıda, bir dəfə də Moskvada sərgim keçirilib. Bu, olduqca çətin işdir, həm də bunun üçün
pul və vaxt lazımdır. Bunlar isə məndə yoxdur".
Yeni Azərbaycan.- 2007.- 12 yanvar.- S. 8.