Babayeva T.
Xəzinələr xəzinəsi
Azərbaycan
Dövlət Kino, Foto sənədləri Arxivində
20 mindən artıq
kino, 350 mindən çox foto-sənəd saxlanılır
Arxiv tarix kimidir.
Onu da öyrənmək maraqlıdır, dəyişmək
isə mümkün deyil. İlk baxışdan belə təəssürat da yaranır ki, arxiv kağız yığımından ibarətdir.
Əslində isə arxivi kağız parçalarını canlandıran
müxtəlif görünüşlü,
müxtəlif xasiyyətli
insanların məskəninə
bənzətmək olar. Bunu xüsusən kino-foto sənədləri
arxivində hiss edirsən. Ekrandan və fotoşəkillərdən
sənə baxan insanlar bir çox
sirli mətləbləri,
tarixin qaranlıq tərəflərini aça
bilər. Bizim tarixin simasını Dövlət Kino, Foto
Sənədləri Arxivi
mühafizə edir.
1930-cu ildə Mərkəzi
Dövlət Oktyabr İnqilabı Arxivinin foto-sənədlər şöbəsi kimi fəaliyyətə başlayan
qurum bu gün böyük bazası olan elmi-metodik mərkəzdir.
Burada saxlanılan əhəmiyyətli sənədlər,
onların mühafizəsi
barədə arxivin müdir müavini Zümrüd Məmmədova
ilə söhbətləşdik.
Zümrüd xanım
artıq 30 ildən çoxdur ki, sözü gedən arxivdə çalışır.
- Bizim iş çox maraqlıdır. Bəlkə
də ayrı bir arxivdə çalışsaydım, işim
mənə o qədər də maraqlı görünməzdi.
Amma kino, foto əyani materiallardır. Hər şey sənin gözünün qabağındadır,
hamını tanıyırsan.
Bizim arxivə tez-tez tanınmış adamlar gəlirlər. Bir çox qəzet məqalələri, televiziya verilişləri, sənədli,
bədii filmlər bizim sənədlər vasitəsilə
ərsəyə
gəlir. Ona görə də burada iş
mühiti çox maraqlıdır. Bura işləməyə
gələnlər peşman olmurlar,
uzun müddət qalırlar. Biz bu fotolara o qədər
öyrəşmişik ki, adamların şəklinin hansı
anda,
hansı
əhvalda çəkildiyini bilirik. Artıq doğmalaşmışıq bu sənədlərlə.
- Arxivdə nə qədər sənəd saxlanılır və
onları
əsasən haradan toplamısınız?
- Burada 20 minə yaxın kino, 350 mindən artıq foto-sənəd
var. Bu vaxta qədər
istehsal olunan bütün sənədli
filmlər arxivimizdə
saxlanılır. Bizdə yalnız
sənədli filmlər
saxlanılır, bədii
filmlər isə Film Fondda qorunur. Buna baxmayaraq, arxivdə keçən əsrin əvvəllərində çəkilən
beş bədii film
"Qız qalası",
"Bismillah", "Gilan
qızı", "Sevil"
və "Lətif” də mühafizə olunur. Kino-sənədləri
C.Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasından,
"Azərtelefilm" Yaradıcılıq
Birliyindən, son zamanlar
isə "Salnamə"
sənədli filmlər
studiyasından almışıq,
Fotoları isə əvvəllər .fəaliyyət
göstərən qəzet
redaksiyalarından toplamışıq.
Onlar nəşr etdikləri fotoların neqativlərini
bizə veriblər.
İndi isə "AzərTac"
informasiya agentliyi bizə çoxlu materiallar təqdim edir. Və təbii ki,
sənədlərin bir
hissəsini də şəxsi arxivlərdən
əldə etmişik.
- Çoxları illərlə
saxladıqları materiallardarn
ayrı düşmək
istəmirlər. Bu baxımdan, çətinlikləriniz
olur?
- Düzdür, çox adam
fotoşəkilləri arxivə
verməkdən imtina edır. Ona gorə də
arxiv işçilərindən
yüksək intellekt tələb olunur ki, material sahiblərilə
söhbət apara bilsin, sənədlərin
arxivdə daha etibarlı əllərdə
olduğuna inandıra
bilsin. Təşkilat və idarələrə
gəlincə isə,
milli arxiv haqqında qanuna əsasən, üç ildən sonra bütün sənədlər
arxivə verilməlidir.
Elə qurumlar var ki,
bu qanuna riayət edir, elələri də var ki, etmir.
Biz özümüz onlarla əlaqə saxlayır, sənədləri
gedib götürürük.
- Arxivdə mühafizə olunan ən qədim sənədlər hansılardır?
- Foto-sənədlərdən
ən ilkini 1858-1895-ci
illərə təsadüf
edən Bakının
tarixinə aid Ulskinin çəkdiyi şəkillərdir.
Burada şəhərin ümumi
görünüşü, ayrı-ayrı binalar, küçələr əks
olunub. Bundan başqa, neft sənayesinə aid neftin quyu usulu ilə
çıxarılması, neft emalı zavodları, mədəndəki
yanğınların təsvir
olunduğu foto-sənədlər
də var. Bu fotoşəkilləri
Mişon, Yermakov, Germakoviç soyadlı fotoqraflar çəkiblər,
Kino-sənədlər arasında
isə ən qədimi 1920-ci ilə aiddir. Filmdə inqilabdan əvvəl
Bakıda neftin hasilatı göstərilir.
- Maraqlı sənədlərdən hansılarının
adlarını çəkə
bilərsiniz?
- Müxtəlif illəri əhatə edən maraqlı sənədlər çoxdur.
Foto sənədlərin bir hissəsi Azərbaycanda milli burjuaziyanın yaranması və inkişafını əks
etdirir. Bakı milyonçusu H.Z.Tağıyevin
evlərinin, Mərdəkandakı
bağının, ailəsi,
neft istehsalçıları
ilə çəkdirdiyi
şəkilləri, Ş.Əsədullayevin,
M.Muxtarovun, A.Nağıyevin,
Aşurbəyovların şəkillərini
misal göstərmək
olar. Bakıda Əjdər bəy,
Bibi-Heybət, Təzə
Pir məscidləri, kirxa, katolik və pravoslav kilsələri kimi dini ocaqlar haqqındakı
foto və kino-sənədlər də
maraqlıdır. Arxivdə Azərbaycan
Xalq Cümhuriyyətinin
tarixinə aid sənədlər,
incəsənət xadimlərimiz,
sənaye, səhiyyə
tariximizin təsvir olunduğu bir çox maraqlı, dəyərli sənədlər
qorunur. Bu sənədlər demək
olar ki, bütün sahələri
əhatə edir.
Ən zəngin sənədlər
isə Heydər Əliyevə aiddir. Arxivdə Ümummilli liderə aid 16
mindən artıq foto, 300-dən artıq kino-sənəd saxlanılır.
- Kino və foto-sənədlərin saxlanması
üçün xüsusi
şərait lazımdır.
Bu baxımdan, arxiviniz müasir tələblərlə ayaqlaşa
bilirmi?
- Saxlanma şəraitimiz yaxşıdır,
yeni tipli stellajlar quraşdırılıb.
Orada sənədlər bir-birinə
toxunmadan saxlanılır.
Filmlər kinolentdə olduğu üçün onlar xüsusi temperatur və rütubət rejimi ilə təmin edilir. Bizə sənədləri həm
neqativ, həm də pozitiv formada təqdim edirlər. Bir vaxtlar 1965-ci ilə
qədər olan filmlərin hamısı yanan plyonkada idi. Onların istifadəsi çətinləşirdi.
Belə filmləri montaj stolunda sürətlə fırladanda
yana bilərlər.
Həmin
filmlər Milli Arxiv İdarəsinin köməyi ilə "Belorusfilm" kinostudiyasında
yanmayan plyonkaya köçürülüb. Çox az
miqdarda qalanlar da bu yaxınlarda
köçürüləcək. Arxivdə hər hansı bir sənədin axtarışını asanlaşdırmaq
üçün kompüterdən
istifadə edirik.
- Sizinlə görüşümüz 20 yanvar
hadisəsinin növbəti
ildönümünə təsadüf
edir. Yəqin ki, arxivinizdə
həmin günləri
əks etdirən sənədlər də var?
- 20 yanvar hadisələri bizim hamımızın yaddaşında
qanlı yanvar kimi həkk olunub. Bizdə həmin hadisələri əks etdirən çoxu foto-sənədlər
var. Həm şəhərdə
olan hadisələrin əksi, həm xəstəxanalardakı yaralıların
vəziyyəti, 20 yanvar
qurbanlarının dəfn
mərasimi, həmin gün çıxış
edənlərin şəkilləri
var. Bu şəkillər arxivə
hadisənin baş verdiyi il təhvil
verilib. Çünki o vaxt bu fotolar gizli çəkilmişdi
və şəkillərin
sahibləri anlayırdılar
ki, həmin sənədləri yalnız
burada mühafizə etmək mümkündür.
Amma kino-sənədlər bizə
bir müddət sonra təqdim olundu. Həmin lentlər isə
"Salnamə" sənədli
filmlər studiyası
tərəfindən çəkilib.
Ümumiyyətlə, Azərbaycanda tarixin
müxtəlif dövrlərində
belə faciəvi hadisələr baş verib. Bizim arxivdə 1918-ci ilin
martında Azərbaycanın
bütün ərazisində
ermənilərin törətdiyi
qırğınları, terroru
əks etdirən fotoşəkillər var.
O zaman tamamilə dağıdılmış "İsmailliyə" binasının,
"Kaspi", "Açıq
söz" qəzetlərinin
binalarının şəkillərini
göstərmək olar.
Bir sıra foto-sənədlərdə
Xocalı soyqırımı,
Qarabağ müharibəsi
qurbanları təsvir
edilib.
- Arxivdə saxlanılan materialları və onlar barəsində məlumatları nəşr
etdirə bilirsiniz?
- Bizim işçilərin qəzetlərdə məqalələri
çap olunur. Onlar radio verilişlərində çıxış edirlər.
Arxivin materiallarına həsr
olunmuş ayrıca verilişlər hazırlanır.
Bir neçə albomun nəşri nəzərdə
tutulub.
Ümumilikdə isə arxivdə
274 foto-albom saxlanılır.
Onların arasında ən
qiymətli albomlardan neqativ-reproduksiyalar hazırlanıb
və geniş istifadəsinə imkan yaradılıb.
- Bəs, xarici ölkə vətəndaşlarından
arxivlə maraqlanan, burada araşdırma işləri aparanlar var?
- Var, çoxdur. Bu yaxınlarda
Azərbaycanda səhiyyənin
inkişaf tarixini araşdıran bir alman gəlmişdi. Bu mövzuda dissertasiya
yazırdı. Daha çox
araşdırılan mövzu
neftdir. Xarici tədqiqatçılar burada
Azərbaycanda "Nobel qardaşları
şirkəti"nin fəaliyyətini, ümumiyyətlə,
neftsənayesinin əks
olunduğu sənədlərə
müraciət edirlər.
Ən çox Almaniya, İngiltərə və Fransadan gəliblər.
Fransa televiziyası arxivimizdə çəkiliş aparıb. Onları "Lökbatan",
"Neft simfoniyası",
"Neft keşikçiləri"
filmləri maraqlandırırdı...
Xəzər.- 2007.- 20 yanvar.- S. 18.