Azərbaycan Respublikası Litva Respublikası arasında 2007-ci il sentyabrın 13-də Vilnüs şəhərində imzalanmış sənədlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1.  Azərbaycan Respublikası Litva Respublikası arasında 2007-ci il sentyabrın 13-də Vilnüs şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1.  Azərbaycan Respublikası Hökuməti Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2.  Azərbaycan Respublikası Hökuməti Litva Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş;

1.3.  Azərbaycan Respublikası Hökuməti Litva Respublikası Hökuməti arasında informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş;

1.4.  Azərbaycan Respublikası Vergilər Nazirliyi Litva Respublikası Maliyyə Nazirliyi yanında Dövlət vergi müfəttişliyi arasında vergitutma məsələləri üzrə məlumat mübadiləsi haqqında Saziş.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.4-cü bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3.  Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.4-cü bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Litva Respublikası tərəfini xəbərdar etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2007-ci il

 

Azərbaycan.- 2007.- 25 noyabr.- S. 1.