QAT tarixi abidələrin «erməniləşdirilməsi»
prosesinin qarşısını
almağı tələb
edir
Qarabag Azadlıq
Təşkilatı Azarbaycanın
tarixi abidələrinin
«erməniləşdirilməsi»nin qarşısının
alınması ila bağlı hakimiyyət strukturlarına və digər aidiyyatı ictimai-siyasi qurumlara bəyanat ünvanlayıb.
Bəyanatda bildirilir
ki, ermənilər Möminə xatun türbəsi, Xudafərin
körpüsü, Qoç
heykəllərinin və
digər tarixi-mədəniyyət
abidələrinin ermənilər
tərəfindən milliləşdirilməsi
niyyətlərindən əl
çəkmir və yaxın günlərdə
ABŞ, Rusiya va Avropanın bir sıra ölkələrində
bununla bağlı kütləvi təbliğat
tədbirlərinin haəyata
keçirilməsinə hazırlaşır:
«İstənilən halda,
ermənilərin atdığı
addımların real təhlükəsi
hakimiyyət strukturları,
siyasi və ictimai qurumlar, diaspor təşkilatları
tərəfindən düzgün
qiymətləndirilməli, vaxtında qabaqlayıcı
tədbirlər görülməlidir:
Ermənilərin ABŞ, Avropa,
Rusiya və digər ölkələrdə
keçirdiyi tədbirlərə
Azarbaycandan alimlər göndərilməli, erməni
yalanları yerindəcə
ifşa edilməlidir.
Bu, ermənilərin
bütün cəhdlərinin
qondarma oldugunu nümayiş etdirmək imkanı verəcək. Biz taktiki təşəbbüsü
ələ alaraq Qarabag və Naxçıvanın tarixi
və mədaniyyətilə
bağlı bütün
dünyada genişmiqyaslı
tədbirlər keçirməliyik.
Bu tədbirlər, eyni zamanda, Borçalı
Dərbəndin tarixi və mənəviyyatına
da aid edilməlidir.
Biz erməni saxtakarlarını
akt qarşısında
qoymalı və hər hansı məsələdə yalnış
təbliğat kampaniyası
apararaq imkanlarını
qabaqlamalıyıq».
Bəyanatın sonunda isə təşkilat bildirir ki, QAT hazırda bu istiqamətdə müəyyən işlər
aparır və bunu daha da
genişləndirmək üçün
istənilən qurumla
əməkdaşlığa hazırdır.
Bakı xəbər.- 2007.- 16 noyabr.- S. 10.