Qurbanov M.
Erməni xisləti
və tarixi təhriflər
Başqa
mədəniyyətə iddianın "qədimliyi və
mədəniliyi"
Erməni xisləti dünyada
analoqu olmayan mahiyyətə malikdir. Ermənilərin
qüsurları çoxdur, ancaq onların bir elmi izahı ola
bilir. Onların "abidə xəstəliyi"nin isə,
deyəsən, insani izahı yoxdur. Qərbi Azərbaycan torpaqlarında
süni dövlət yaradandan sonra ermənilərin
iştahası daha da artıb. İndi onlar dünyanın bir
çox yerlərinə, əsasən də qonşu
dövlətlərin ərazilərinə özlərinin
"qədim və mədəni abidələrlə dolu"
əraziləri kimi baxırlar. Azərbaycanın Dağlıq
Qarabağ ərazisinə erməni iddiası başlamazdan bir
az öncə uyğun "mədəni-tarixi" hücum
oldu. Ermənilər ölkəmizin müxtəlif
yerlərində, o cümlədən Dağlıq Qarabağ
ərazisində bəzi daşlar basdırıb, sonra onları
"arxeoloji axtarış" nəticəsində
"tapaq" buraların onların qədim torpaqları
olduğu haqqında nağıllar uydurdular. Bizlər buna elə
də fikir vermədik və indi həmin torpaqlarımız
işğal altındadır. Görünür, bu olay
erməniləri çox həvəsləndirib. İndi onlar
Quzey Qafqazda "qədim erməni abidələri
tapırlar", Türkiyənin demək olar ki, hər
yerində "erməni izi" bulurlar, Gürcüstanın
650 (!) kilsəsinə iddia edirlər, Naxçıvanda
"qədim erməni abidələri" haqqında
beynəlxalq təşkilatlar qarşısında
məsələ qaldırırlar. Ermənilər paralel olaraq
Avropa və Amerikada abidələr açmaqda davam edirlər.
Alınan mənzərəyə geniş prizmada dıqqət
edək.
Ermənilər hər bir qonşu dövlətə mədəni-tarixi "dəlillər" əsasında iddialar edirlər (oxucu İrana münasibətdə belə olmadığını düşünməsin, çünki lap bu yaxınlarda erməni keşişlərdən biri demişdi ki, "İranın bizim əraziləri işğal etdiyini və mədəniyyətimizi dağıtdığını unutmamışıq"). Onların Türkiyəyə qarşı irəli sürdükləri ittihamları artıq bütün dünya bilir. Mədəni-tarixi iddialardan tutmuş "soyqırımı"na qədər çeşidli sarsaqlamalarının sonu görünmür. Ermənilərin Azərbaycana qarşı etdiyi nankorluğu heç zaman unutmaq olmaz. Çünki Azərbaycan Qarabağda onlara yer verdi, öncə at tövlələrində yerləşdilər, sonra xan evlərimizə buraxdıq, indi həmin Qarabağda azərbaycanlı qoca, qadın, uşaqları vəhşicəsinə qətlə yetirərək, oranın sahibi olmaq iddiasındadırlar. Azərbaycanın günahı erməniləri öz torpağına buraxmaq olub. Bundan keçib, Naxçıvanda abidələrinin olduğunu deyirlər və ora Avropadan monitorinq qrupu göndərməyi qarşılarına məqsəd kimi. qoyublar. Ermənilər xristian gürcülərə qarşı da qəribə iddiada bulunmaqdadırlar. Onlar bütün Gürcüstan ərazisinə səpələnmiş 650 kilsənin ermənilərə aid olduğunu deyirlər. Yəni, Qafqazda nə türklər olub, nə də gürcülər, olublərsa da, ermənilərdən başqa heç kəsin mədəni abidəsi olmayıb. Bu xəstə adamlar Quzey Qafqazda da "mədəni abidələrini" tapıblar. Sən demə, ermənilər dağlarda da yaşaya bilirlərmiş, ancaq nədənsə at çapmaq, dağlılara məxsus mətbəxə sahib olmaq, mərdlik, qürur onlarda yoxdur. İndi növbə Avropanındır. Ermənilər gündə bir Avropa ölkəsində kiçik bir abidə açır. Ora toplaşıb, zırıldaşırlar.
50-100 ildən sonra bunların nəvələri deyəcəklər ki, Fransa, Uels, İsveçrə, Almaniya (bəlkə "Almaniyan") qədim erməni torpaqları olub, çünki həmin yerlərdə erməni yazılı "mədəni abidələr"! var. Ola bilsin, avropalı üçün bu gün bu fikir absurddur, ancaq bir neçə ildən sonra ermənilər bunu yaxşıca "həqiqətə" çevirərlər.
Doğrudan da erməni xisləti çox qəribə bir kabusdur. Onu
da deyək ki, bu kabusun
dolaşmasında Qərbin
və Rusiyanın günahı az olmayıb. Onlar yalanı, şizofrenik iddiaları xristianlıq naminə həqiqət kimi qəbul etməyə başlayıblar
və indi özləri də nəyin nə olduğunu müəyyən
edə bilmirlər. Yəni, artıq erməni xisləti onların da mənəviyyatına hopub.
Sonu maraqlıdır.
Xəzər.- 2007.- 10 noyabr.- S. 14.