Cəfərov A.
Böyük Şabran turistləri cəlb edən
kurort şəhəri ola bilər
Turizmin inkişaf etdiyi
ölkələrdə yeni qeyri-adi layihələr həyata
keçirilir. Məsələn, Türkiyənin Antalya
şəhərində Moskva Kremlinin kompleksi yaradılıb.
Bu, ölkəyə turizm axınının daha da
güclənməsinə və daha çox qazanc
götürülməsinə imkan verib. Türkiyənin 2007-ci
ildə turizmdən 20 milyard dollardan çox gəliri olacaq.
Fransa ildə əhalisindən artıq miqdarda xarici turist
qəbul edir. Fransa əhalisinin 71, qapılarını ildə
50 milyon xarici turistə açan İspaniya əhalisinin 62
faizi xidmət sahəsində çalışır.
Əhalisi cəmi 825 min nəfər olan Kipr turizmdən
ildə 3,3 milyard dollar qazanır. Turistləri bu
ölkələrə cəlb edən gözəl
çimərliklər, rahat otellər, xalqın tarixi,
mədəniyyəti ilə bağlı abidələr və
qeyri-adi obyektlərdir.
Son vaxtlar iqtisadiyyatı sürətlə inkişaf edən
Birləşmiş Ərəb Əmirliklərinin dünyada
neft ehtiyatına görə üçüncü, qaz
ehtiyatına görə dördüncü yeri tutmasına
baxmayaraq. ən çox sərmayə qoyduğu sahə
turizmdir. Dənizin içərisində təzə
istifadəyə verilmiş palma görünüşlü
istirahət kompleksi (qumlu çimərliklər,
yaraşıqlı otellər) öz qeyri-adiliyi ilə
seçilir. İndi planetimizin ən hündür (700 metr)
göydələn oteli də burada tikilir.
Dünya təcrübəsindən istifadə etməklə
Azərbaycanda kurort və turizmin inkişafını xeyli
sürətləndirmək, ölkəyə turist
axınını ildə 20 milyon nəfərə
çatdırmaq mümkündür. Bu məqsədlə
görüləcək işlərə Xaçmaz və
Dəvəçi şəhərləri arasında, qumlu
dəniz sahilində qədim Şabran şəhərinin
ərazisini əhatə etməklə Böyük Şabran
kurort-turizm şəhərinin salınması da daxil
olmalıdır. Buranın bir tərəfi 50 kilometrdən uzun
qumlu dəniz sahili, digər tərəfi yaşıl
meşəli sərin bulaqlarla zəngin dağlardır. Xəzərin sahilində yerli və xarici
biznesmenlərin müasir otellər, sanatoriyalar, istirahət
mərkəzləri və digər istirahət obyektləri
tikmələri üçün hər cür şərait
var. Ərazidən yeddi çay keçir, onların
mənbəyi dağlar, mənsəbi isə Xəzər
dənizidir. Bu dağ çayları yaz və payız
aylarında bol sulu, bəzən dağıdıcı selli
(xüsusən də Vəlvələ çayı), yay
aylarında az sulu olur, hərdən isə tamamilə quruyurlar.
Təbiətin bu şıltaqlığının
qarşısını almaq üçün hidroqurğular
tikilməli, çayların qarşısında
bəndlər, göllər yaradılmalıdır. Göllərin sahilində müasir kotteclər tikib
Qərb ölkələrinin ekzotikanı sevən yaşlı
nəslə mənsub varlı adamlarını turist kimi
cəlb etmək, onlara göllərdə yetişdirilən
forel tipli balıqları tutmaqdan zövq almaq imkanı yaratmaq
olar. Çaylar kanallarla birləşdirilməli, suları
Şabran və Vəlvələ çaylarına,
dənizə yönəldilməlidir. Çay və
kanalların üzərləri yaraşıqlı
körpülərlə, heykəl və abidələrlə
bəzədilməlidir. Bütün bunları
reallaşdırmaq üçün şəhərin baş
planı hazırlanmalı, kanalizasiya, çay, göl və
kanallar sistemi layihələndirilməli, elektrik enerjisi, qaz
və su ilə təchizat əsaslı surətdə həll
edilməlidir. Dəniz sahilində əvvəlcə çimərlik
zolağı, sonra park zolağı, geniş yol və
istirahət obyektləri tikilməlidir.
Göydələnlərə üstünlük
verilməlidir.
Xəzər dənizinin Novxanı sahilində də eyni
adlı ekoloji təmiz kurort-turizm şəhəri salmaq olar. Onunla Böyük Şabran arasında nəqliyyat sistemi
hər iki şəhərdə müasir limanlar
tikilməsinə və dəniz yolu ilə sərnişin
daşınmasına, habelə sürət qatarının
işləməsinə imkan verər. Ölkəmizə
gələn turistlər Bakının yanındın keçməklə
su yolu və quru yol ilə Böyük Şabran kurort-turizm
şəhərinə gedə bilərlər. Müasir
katerlərlə dəniz yolunu iki saata qət etmək
mümkündür.
Əlbəttə, bunların hamısını həyata
keçirmək üçün külli miqdarda vəsait
lazımdır. Lakin əgər iş düzgün qurulsa,
salınacaq şəhərlər və tikiləcək
obyektlər xərclərini tezliklə ödəyəcək,
gəlir gətirməyə başlayacaq. Turizmdə hər
sərf edilən bir manat nəticədə yüz min manatlarla
xeyir verir.
Azərbaycan.- 2007.- 17 noyabr.- S. 6.