Qocayeva A.

 

Turizmin inkişafı döylətin prioritet məsələsidir

 

Respublikamızda turizm infrastrukturunun inkişafı üçün hər cür şərait mövcuddur:Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq olunması ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən respublikamızın ayrı-ayrı bölgələrində turizm infrastrukturunun inkişafına xüsusi diqqət yetirilir. Son vaxtlar ölkəyə turist axınının artması bu sahəyə dövlət səviyyəsində əhəmiyyət verildiyini göstərir. Turistlərin qəbulu, onların yerləşdirilməsi və istirahətlərinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə genişmiqyaslı proqramlar həyata keçirilir. Əlverişli ərazilərdə yeni-yeni istirahət obyektlərinin salınması, bu ərazilərdə rahat istirahət etmək üçün bütün şəraitin yaradılması həmin proqramların tərkib hissəsinə daxildir. Hazırda ölkədə fəaliyyət göstərən 250-dən artq turizm obyekti xarici turistlərin tələbatla ödəmək iqtidarında deyil. istirahət zonalarının az olması xidmət haqlanın yüksəlməsinə səbəb olur.

Qeyri-neft  sektorunun,  xüsusilə turizmin gəlir gətirən bir sahə olduğunu nəzərə alan dövlətimizin başçısı bu sahəyə investisiya qoyuluşunun üstün və sərfəli cəhətlərini dəfələrlə vurğulamışdır. Yerli sahibkarlara turizm sahəsinə investisiya qoymalarını daim məsləhət görən Prezident, bu sahənin sahibkarlar qarşısında böyük perspektivlər açacağmı qeyd edir.

Aparılan statistik hesablamalar onu göstərir ki, hazırda turizmin inkişafından əldə olunan vəsait ən çox gəlir gətirən sahələrdən də üstündür.

Azərbaycanda turizmi inkişaf etdirmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi əlaqədar nazirliklər və nüfuzlu beynəlxalq təşkilatlarla birgə iş aparır. Belə ki, nazirlik Dünya Bankı və YUNESKO ilə birgə bu sahədə müxtəlif proqram və layihələr həyata keçirir. Tarixi memarlıq abidələrimiz beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən proqramlar əsasında bərpa olunur. Milli abidələrimizin bərpası bir tərəfdən tarixi abidələrin qorunub saxlanmasına və onların gələcək nəsillərə çatdırılmasına xidmət edirsə, digər tərəfdən turistlərin ölkəmizə cəlb olunması məqsədi daşıyır. Bu il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin iqtisadiyyatında turizmin rolu" mövzusunda elmi-praktik, Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda İKT-yə üzv ölkələrin turizm nazirlərinin V konfransı keçirildi. Konfransda 23 ölkədən nümayəndə iştirak edirdi. Əsas məqsəd İslam ölkələrinin beynəlxalq turizm bazarına töhfəsini gücləndirmək idi. İndiyə kimi İKT-yə üzv olan ölkələrdə turizmlə bağlı 5 böyük əhəmiyyətli tədbir keçirilmişdir.

Ümumdünya Turizm Təşkilatının məlumatına görə II Dünya müharibəsindən sonra turizm sahəsində böyük sıçrayışlar olmuşdur. 2005-ci ildə turizm sahəsində 221 milyon adam çalışıb ki, bu da dünya iqtisadiyyatında çalışanların 10 faizini təşkil edir. Hesablamalara görə 2010-cu ildə dünya üzrə 1 milyard turistin olacağı gözlənilir. 2010-cu iI üçün proqnozlaşdırılan bu rəqəmin 546 milyon nəfəri mərkəzi-şərqi Avropa, MDB və Baltikyanı ölkələrin payına düşəcəyi gözlənilir.

Ölkəmizdə isə turizm 2000-ci ildən sonra inkişaf etməyə başlamışdır. 2001-ci ildə Gənclər, İdman Turizm Nazirliyi yaradılıb 2002-ci ildə turizmin inkişaf Proqramı qəbul edilib. 2000-2005-ci illərdə Azərbaycana turist axını 185 faiz artıb. 1996-cı ildə Azərbaycandan gedən turistlərin sayı ölkəyə gələn turistlərin sayından 2 dəfə çox idi. Hazırda isə bu nisbət bir qədər azalıb. 2000-ci ildə ölkəyə gələn turistlərin sayı 681 min nəfər idisə, 2005-ci ildə bu rəqəm 1 milyon 261 nəfər olmuşdur.

2001-2005-ci illərdə Azərbaycanda 2020 yeri olan 52 yeni mehmanxana mehmanxanaya bərabər tutulan obyekt açılıb. Bu isə ölkədə 675 yeni yerinin açılmasına imkan yaradıb.

Ölkədə turizm obyektlərinin sayı getdikcə artmaqdadır. Bir sıra bölgələrdə, o cümlədən Bakı-Abşeron, Quba-Xaçmaz, Şamaxı-İsmayıllı, Şəki-Zaqatala, Lənkəran-Astara digəı bu kimi füsunkar təbiətə, əlverişli iqlim şəraitinə malik olan zonalarda geniş masştablı           istirahət zonalarının salınması nəzərdə tutulmuşdur.

 

İki sahil.- 2007.- 21 noyabr.- S. 8.