Nüşabə.
İsveçrə
Turizm Mükafatları Təşkilatı Azərbaycanı
xüsusi mükafata layiq görüb
İsveçrə
Turizm Mükafatları Təşkilatının dünya
ölkələrinin turizm potensialının
araşdırılması məqsədilə tədbir
keçirib. Tədbirdə təşkilat Azərbaycanı
'Tədqiq olunmalı yertər" kateqoriyası üzrə
"Müxtəlif mədəniyyətlərin və
mühüm xəzinələrin qovuşduğu məkan-turizm
potensialına malik olan" mükafatına layiq görüb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat
xidmətindən bildirilib ki, cari ilin 31 oktyabrından 5 noyabr
tarixədək keçiriləcək tədbirdə
Mədəniyyət və Turizm Nazirliyinin turizm
şöbəsinin əməkdaşları iştrak edib. Mükafatın
təqdimatına mərasimi noyabrın 2-də
İsveçrənin Luqano şəhərində baş
tutub. Həmin mərasim çərçivəsində 1-4
noyabr tarixlərində keçirilən İsveçrə
Beynəlxalq Tətil sərgisində də
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə
heyəti iştirak edib. Tədbir zamanı nazirliyə aid
sahədə respublikamızın turizm imkanlarını
əks etdirən plakatlar nümayiş etdirilib və reklam
çap məhsulları sərgi iştfrakçılarına
təqdim olunub. Sərgi zamanı İsveçrənin iş
adamları və Luqanonun əhalisi respublikamızın
tarixinə, təbiətinə, mədəniyyətinə
böyük maraq göstəriblər. Bundan başqa "Sweet
Tourism Guide" jurnalında ölkənin turizm
potensialını əks etdirən rəsmlər yerləşdirilib.
Palitra.- 2007.- 9 noyabr.- S. 2.