Cahangir Rüstəmovun əsərləri arxivə təhvil
verilib
Xalq rəssamı, Azərbaycan
heykəltəraşlıq sənətinin inkişafında
xüsusi xidmətləri olan Cahangir Rüstəmovun şəxsi
arxivinin bir hissəsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət Arxivinə təqdim edilib. Arxivin
direktoru Maarif Teymurovun məlumatına görə, sənədlərin
arasında heykəltəraş rəssamın müxtəlif
mövzularda çəkdiyi rəsmləri və heykəllərinin
bəzi reproduksiyaları da var. Xatırladaq ki, Xalq rəssamının
şəxsi fondunu arxivə oğlu Elşad Rüstəmov təhvil
verib.
Mövqe.- 2007.- 15-16 noyabr.- S. 13.