Ələddinqızı N.

 

Azərbaycanın müasir miniatür sənəti

 

Arif Hüseynov: "Dünya dövlətlərində Azərbaycan milli elementlərinə çox böyük maraq var"

 

Azərbaycan Rəssamlar İttifaqı kitab qrafikası və miniatür  bölməsinin sədri, Xalq rəssamı Arif Hüseynovun bu günlərdə miniatür janrda yaratdığı ön tablosu və digər əsərlərindən ibarət fərdi sərgisi təşkil olunacaq. Onun sözlərinə görə, uzun illər kitab qrafikası va dəzgah qrafikasında çalışan sənətkar Azarbaycan miniatür sənətini inkişaf etdirməklə, məhz bu janrda silsilə əsərlər yaratmağı qarşısına məqsəd qoymuşdur. Buna səbəb son illərdə Azərbaycanın milli sənətinə, muğamlara, xalçalara və s. diqqət artdığından, miniatür sənətində də müəyyən oyanış yaratmaqdır."Azərbaycan nağılları", "Azərbaycan muğamları", "Azərbaycan naxışları", "Azərbaycan xalçaları" və digər adlar altında yaratdığı əsərlərində klassik miniatür ənənələrini qoruyub saxlamaqla, müasir səpkidə nümunələr yaratmışdır. "Son vaxtlar miniatürə olan münasibət məni bir sənətkar kimi narahat edirdi. Sənətin bu ya digər növləri inkişaf etdiyi halda, qədim tarixi dövrü əhatə edən miniatür sənətinin müasir şəkildə geniş kütləyə təqdim olunmasına ehtiyac duyulurdu. Mən dünyanın bir çox ölkələrində olmuşam bilirəm ki, həmin dövlətlərdə Azərbaycanın milli elementlərinə çox böyük maraq vardır. Düşündüm ki, belə bir sənəti inkişaf etdirmək üçün artıq zaman yetişmişdir. Son iki ildə rəssamlığın bu ya digər janrlarında əsərlər yaratmaqla yanaşı, miniatür sənəti yaradıcılığında əsas xətti təşkil etmişdir. Bildiyimiz kimi, Azərbaycanla yanaşı İranda, Türkiyədə, Orta Asiyada ənənəvi miniatür sənəti nümunələri vardır. Onları müasır şəkıldə yaratmaq ənənəviliklə müasirliyi birləşdirmək qərarına gəldim.

Ölkə Prezidenti Azərbaycan rəssamlarının sənətkarlıq xüsusiyyətlərinin büruzə verilməsi, eləcə onların şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncamlar imzalamışdır. Prezidentin sərəncamına əsasən, rəssamlar üçün emalatxana tikilməsi, sənət muzeyinin yaradılması, eləcə Azərbaycan rəssamlarının əsərlərinin xaricdə təbliğ olunması bu gün rəssamların qarşısına çox böyük məsuliyyət qoyur. Təbii ki, Prezidentin sərəncamı əsasında kifayət qədər layihələr hazırlanmış yaxın gələcəkdə həyata keçiriləcəkdir. Belə bir diqqəti öz üzərində hiss edən rəssamların hər biri orijinal tərzdə yaradıcılıq nümunələrini təqdim etməli dünya miqyasında Azərbaycan milli sənət əsərlərini sərgiləməlidir. Düşünürəm ki, mənim miniatür janrda yaratdığım silsilə əsərlərim dünya ölkələrində nümayiş olunacaq".

Arif Hüseynov yaradıcılığındakı yeniliklərlə yanaşı, kitab qrafikası miniatür bölməsinin sədri kimi müasir dövründəki bu sənət nümunələrinə olan münasibətdə öz fikrini bildirdi. Qeyd etdi ki, yaradıcılığa, məhz qeyd olunan janrlar əsasında başlamış, uzun illər bu məzmunda silsilə əsərlər üzərində işləmişdir. Bu gün Azərbaycan qrafika sənətinə olan münasibət qənaətbəxş deyildir: "Mən kitab qrafikası əsasmda silsilə əsərlər yaratmışam. Heç vaxt sifariş gözləməmiş, sevdiyim şair yazıçıların əsərlərinə illüstrasiyalar çəkmişəm. Bu, bədii əsərin məzmununun əhatə olunmasında bir üsuldur ki, onun tərtibat məsələsinə bu gün diqqət yox dərəcəsindədir. Özəl nəşriyyatların fəaliyyəti nəticəsində bu proses başqa axarda tənzimlənmişdir. Bəzən bunu maddi durumla əlaqələndirirlər. Düşünürəm ki, bu, heç belə deyil. Yaranan əsərə hökmən məzmununa uyğun olaraq illüstrasiya çəkilməlidir. Nizami Gəncəvinin əsərlərinə, hər zaman illüstrasiyalar çəkilmiş bu da onu təsdiqləyir ki, bu sənətin tarixi olduqca qədim köklərə söykənir. İldə bir neçə kitab, uşaqlar üçün jurnallar s. nəşr olunur ki, bunlara yeni məzmunda illüstrasiyaların çəkilməsi zəruridir. Çox zaman özəl nəşriyyatlar kompüterə əsaslanaraq öz işlərini qurur ki, bunun da bədii cəhətdən mahiyyəti heç bir məna kəsb etmir. Azərbaycan Rəssamlıq Akademiyasında kitab qrafikası fakültəsi vardır. Hər il bu sahənin neçə-neçə mütəxəssisi yetişir. Sual yaranır ki, ali təhsil ocağı bu sahədə mütəxəssis yetişdirdiyi halda, qeyri-professional kitab qrafikası işi ilə məşğul olan şəxslərin yaradıcığına ehtiyac varmı? Biz çalışmalıyıq ki, Azərbaycanın niiniatür sənəti, kitab qrafikası, dəzgah qrafikası inkişaf etsin dünya miqyasında sənət nümunələrimizi yüksək səviyyədə təbliğ edə bilək".

 

Səs.- 2007.- 15 noyabr.- S. 12.