İbrahimoğlu V.

 

Nazimin sərgisi

 

Dostum-qardaşım, ünlü sənətçimiz, Xalq rəssamı Nazim Bəykişiyevin sərgisindən aldığım təəssüratlarımı, sevdiyim tabloların etgisindənmi, aramızdakı uzun illər boyu davam edən səmimi münasibətlərin işğalındanmı zatən böyük kişinin adını ərkyana yazının  başına qoydum?! Hər nədir, amma və lakin bu əməlimdə zərrə qədər familyarlıq yoxdur: Nazim Bəykişiyevin qədrini də bilirəm, onun milli sənətimizdəki yerini və əhəmiyyətini də aydın görürəm, insan kimi dəyərini də çoxdan vermişəm, Nazimin bu vaxta qədər bir neçə fərdi sərgisi olub, amma və lakin mən o sergilərdə iştirak edə bilməmişəm, çünki sözügedən sərgilər yurddışında vaqe olub. Nazimin özü də xariedə təşkil olunmuş sərgilərin hamısında iştirak etməyib, yanılmıramsa cəmi bir dəfə dumanlı Albionun paytaxtı Londondakı fərdi sərgisinə getməyə vaxt və imkan bulmuşdu...

... Ötən həftə, yəni 25 oktyabr 2007-ci il tarixində saat 18.00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında keçirilən Nazimin fərdi sərgisinin açılış mərasiminə gözlədiyimiz qədər çox sənetsevər təşrif buyurmuşdu. Onlan arasında gənclərin çoxluq təşkil etməsi bizləri xeyli məmnun etdi, çünki canlı ənənənin mövcudluğu məhz nəsillərin arasında olan birbaşa ünsiyyətlə müeyyənləşdirilir. Açılış mərasiminin özü uzanmadı: cəmi üç çıxış səsləndi izdiham Sərgi Qalereyasına sel kimi axdı...

Zaldan zala keçib Nazimin sərgilədiyi tabloların mənə isə dediyini, hansısa sualla müraciət etdiyini yeddinci duyğumla hiss edirdim. Bir azdan anladım: sirli-sehrli, məişətdən çox-çox uzaq əsərlər məndən ümumiləşdirilmiş təyin tələbində bulunurdu. Buna haqları vardı: illər boyu onları ayn-ayrıqda Nazimin emalatxanasında gördüyüm mən, indi onların hamısı bir yerdə seyr edə-edə içimin içindən pərvazlanan duyğulan sözə çevirməliydim.

... Sərginin açışına gələn dost-tanışların arasında ünlü şairlərimizi görcək "Evrika!" deyə pıçıldadım bayaqdan axtardığım təyin sanki yazılmış lövhə kimi gözümün önündə canlandı. Lövhədə yazılmışdı:

-  Memarlıq donmuş musiqidirsə, Nazimin rəsm əsərləri kətan üzrə ilıq boyalarla yazılmış şeir misralarıdır!

Misralar beytlərə, beytlər şeirlərə, şeirlər bir "Bəyaz boyalı divan"a döndükcə şair-rəssamın vərdiş etdiyimiz dünyaya özəl mnüasibəti apaydın görünməyə başladı. Sözügedən münasibət qəribə tərzdə başqa bir böyük Nazimin - Nazım Hikmətin işıqlı nisgiliylə həmqafıyə oldu, bəzi şeirlərinə isə az qala illüstrasiya təsirini bağışladı. Sərgi salonunu tərk edəndə bilaixtiyar Nazımm misrası təkrarlayırdım. iştə, bunu:

-  Çox şükür ki, yaşıyoruz!..

yazıq ki, böyük türk şairinin heyranı olan dostumuzun atası rəhmətlik Zöhrab müəllim bu sərgidə iştirak etməyin sevincini bizlə bölüşə bilmədi. Ömür vəfa etsəydi o, görəcəkdi ki, öz oğluna sevdiyi şairin adını verməklə onu məhz bu gözəlliyi yaratmağa şərtləndirmişdi... Məzarmız nurla dolsun, Zöhrab müəllim -nurlu istedadı dünyaya gətirdiniz!!!.

Şəxsən mənim ən çox xoşuma gələn Nazimin kətana köçürdüyü Abşeron mənzərələridir. Sərgi Qalereyasının divarlarında asılmış bu mənzərələri seyr edə-edə rəssama minnətdarlığımı bildirməyə hazırlaşırdım. İş bu ki, gerçəklikdə bu mənzərələr artıq yoxdur, Nazimin kətan üzərində həkk etdiyi Abşeronun rəngləri indi bambaşqa boyalarla amansızcasına əvəzlənibdir...

Dostum-qardaşım Nazimin halını görcək niyyətimdən vaz keçdim, onun bayram ovqatını pozmağı özümə rəva bilmədim. Düşündüm ki,  Abşeronun taleyi məni əndişələndirməməlidir,  axı onun bənzərsiz boyaları əbədi olaraq Nazimin tablolarında yaşayacaq.

Çox şükür ki, yaşayacaq!..

 

Üç nöqtə.- 2007.- 3 noyabr.- S. 12.