"Qız qalası" qalereyasının 1999-cu ildən
fəaliyyətdə olduğunu
xatırladan qalerist Emin Məmmədov qəzetimizə açıqlamasında
bildirdi ki, yarandığı gündən
bədii mərkəz
həm yerli incəsənət ustaları,
həm də xarici müəlliflərin
çoxsaylı vernisajları
üçün sərgi
meydançasına çevrilib. O qeyd etdi ki,
son illərdə
"Qız qalası"
qalereyası Avropanın
müxtəlif ölkələrində
"ArtBiznes"lə
məşğul olan təşkilatlarla fəal
əlaqələr qurub
və yerli rəssamları xarici vernisajlarda daha geniş təqdim etmək imkanı qazanıb: "Sıx əlaqələr yaratdığımız
ölkələr içərisində
Almaniya xüsusilə
seçilir. Məlum olduğu kimi, orada müasir incəsənətə böyük
önəm verilir. Təkcə bunu demək kifayətdir ki, Berlin Qərbi
Avropa şəhərləri
içərisində müasir
incəsənət mərkəzi
kimi tanınıb. Ona görə də bir qalerist
kimi şəhər çoxdan məni özünə cəlb edirdi".
Qeyd edək
ki, "Qız Qalası" qalereyası
əvvəllər də
Bakıda və Almaniyanın şəhərlərində
Azərbaycan-Almaniya sərgiləri keçirib.
Emin Məmmədov əlavə
etdi ki, həm orada, həm də burada tamaşaçılar
bu sərgiləri böyük maraqla dərk eləyiblər. Çünki Berlin divarının uçmasından
sonra tətbiqi incəsənət sahəsində
mədəniyyətimizin qarşılıqlı
əlaqələrini heç
cür yaxın adlandırmaq olmaz: "Sovet reallıqları keçmişdə qaldı
və müasir Azərbaycan incəsənəti
alman incəsənəti
kimi dünya tendensiyası istiqamətində
dinamik inkişaf edir, milli xüsusiyyətlər
isə onların hər birinə təkrarolunmaz sima verir".
Emin Məmmədov
düşünür ki,
incəsənətin müxtəlif
sahələrində, o
cümlədən tətbiqi
sahədə əlaqələr
yaratmaq vacibdir. Qalerist əlavə etdi ki, hazırda
ikitərəfli əlaqələr
yeni səviyyəyə
qalxıb. Buna nümunə olaraq o, bu günlərdə
Berlində öz filialını açan
"Qız Qalası"
qalereyasını misal
çəkdi "Bu,
Azərbaycan bədii qalereyasının xaricdə
ilk filialıdır"
- deyə "Berlin layihəsinin" təşəbbüskarı
Emin Məmmədov bildirdi.
Qeyd edək
ki, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun iştirak etdiyi "Qız Qalası" qalereyasının Berlində
açılış mərasimi
bu günlərdə keçirilib. Səfir çıxışında qeyd
edib ki, iki ölkə arasında bu cür əməkdaşlıq
çox vacibdir. Azərbaycanlı təmsilçi eyni
zamanda bildirib ki, yeni qalereyanın
yaradılması Azərbaycan
və Almaniya arasında mədəni əlaqələri genişləndirməyə,
Azərbaycan incəsənətinin
Almaniyada və eyni zamanda Almaniya
incəsənətinin Azərbaycanda
təmsil olunmasına
imkan yaradacaq.
Öyrəndik ki, yeni sərgi
meydançası
"Galerie Berlin-Baku"
adlanır. Onun ilk layihəsi artıq "Qız Qalası"nın yaratdığı ənənə
kimi yenə də birgə sərgi oldu. "Galerie Berlin-Baku" qalereyasının fəaliyyətinə
start verən vernisajın qəhrəmanları
isə rəssamlar Müseyib Əmirov (Bakı) və Detlef Oçevski (Berlin) oldular. Azərbaycanlı müəllif
Berlin tamaşaçısının
qarşısına özünün
bir sıra müxtəlif janrlarda və emosional məzmunda olan rəsm əsərlərini
təqdim etdi. Vernisajda nümayiş olunan Müseyib Əmirovun bütün işləri arasında
"Apokalipsis" xüsusi
yer tutur. Qeyd edək ki, rəsm işi
Xocalıda baş verən faciədən sonra ərsəyə gəlib və rəssamın qəlbində
hökmranlıq edən
ağrı və həyəcanı əks etdirir. Məşhur Berlin sənətşünası
xanım Petra Lanqe sərginin açılış mərasimində
çıxış edərək
qonaqlara Xocalı faciəsi və "Apokalipsis"in tarixi haqqında danışıb
Mövqe.- 2007.- 27-28 noyabr.- S. 13.