Litvada yaşayan azərbaycanlı
rəssamın sərgisi açılıb
Müasir
İncəsənət Mərkəzində Litvanın
Azərbaycandakı səfirliyi və Azərbaycan Rəssamlar
İttifaqının birgə
təşkilatçılığı ilə Litvada
yaşayan azərbaycanlı rəssam Adilə
Əfəndiyevanın fərdi sərgisinin açılış
mərasimi keçirilib. Sərgidə çıxış
edən Litvanın Azərbaycandakı səfiri Kestutis Kudmanas
rəssamın yaradıcılığını olduqca
yüksək qiymətləndirib. Azərbaycan Rəssamlar
İttifaqının sədri, Xalqrəssamı Fərhad
Xəlilov sərgidə 24 tablonun nümayiş etdirildiyini deyib:
"Belə bir rəssamın Azərbaycan
vətəndaşı olması olduqca böyük fəxrdir.
Adilə xanım 26 ilə yaxındır ki, Litvada
yaşayır. Bu illər ərzində o, sənəti ilə
Azərbaycan incəsənətini tanıtmağa
çalışır".
Açılış
mərasimində çıxış edən Adilə
Əfəndiyeva 10 günə yaxındır Bakıda
olduğunu vurğulayıb: "Bakı bu illər
ərzində inanılmaz dərəcədə
dəyişilib. Bundan sonra tez-tez sərgilərimi
təşkil etməyi düşünürəm".
Noyabrın 12-də Litvaya qayıdacağını deyən
rəssam sərginin ayın 7-nə kimi davam edəcəyini
qeyd edib.
Kaspi.- 2007.- 3-5 noyabr.- S. 17.