Lətif Kərimov adına Azərbaycan Xalçaçılıq Fondu
yaradılıb
Bakıda Lətif
Kərimov adına
Azərbaycan Xalçaçılıq
Fondu yaradılıb. Bunu APA-ya açıqlamasında
Azərbaycan Rəssamlar
İttifaqının katibi,
fondun vitse-prezidenti Ənvər Qarayev deyib. Fondun Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun təşəbbüsü ilə
yaradıldığını bildirən S.Qarayev onun binasının Badamdarda yerləşdiyini
vurğulayıb: "Hazırda
fondda yeni xalçalardan ibarət ekspozisiya hazırlanır.
Fondun yaradılmasında əsas
məqsəd Azərbaycan
xalçaçılıq sənətini dünyada tanıtdırmaq və Azərbaycanın daxilində
xalçaçılıq sənətinin inkişaf etdirilməsidir. Hər birimizə
məlumdur ki, Azərbaycan xalçaları
dünyada bəzən
İran, erməni xalçası kimi təqdim olunur. Fondun fəaliyyəti bu cür söz-söhbətlərə
son qoyacaq. Artıq bütün
dünya ictimaiyyəti
xalçaçılıq sənətinin ən qədim nümunələrinin
bizə məxsus olduğunun sahidi olacaq". O.Qarayev deyib ki, fondda Lətif Kərimovun kataloqu hazırlanacaq. Fondun təqdimatının
dekabrda kecirilməsi nəzərdə tutulub.
Palitra.- 2007.- 21 noyabr.- S. 15.