Lətif Kərimov yad
edilib
Azərbaycan xalçaçılıq
sənətini bütün dünyaya tanıdan Xalq
rəssamı Lətif Kərimov yad edilib. Sənətkarın
adını daşıyan Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Muzeyində "İlmələrdə
yaşayan ömür" adı altında keçirilən
tədbirdə Xalq rəssamının Azərbaycan
xalçaçılıq sənətinin
inkişafındakı əvəzsiz xidmətlərindən
bəhs olunub.
Azərbaycan
Xalçaçılıq və Xalq Tətbiqi Sənəti
Muzeyinin direktoru Röya Tağıyeva Lətif Kərimov kimi
şəxsiyyətlərin yetərincə təbliğ olunmasının
və gənclərə tanıdılmasının vacib
olduğunu söyləyib. Məhz bu səbəbdən
kollektiv tədbirə Rəssamlıq Akademiyası,
İncəsənət Gimnaziyası və Bakı
Mədəni-Maarif Texnikumunun tələbələrini də
dəvət ediblər. Tədbirin sonunda iştirakçılara
"Lətif Kərimov fenomeni" adlı iki cildli kitab və
xalça ustadına həsr edilmiş "Ömrün
naxışları" adlı film nümayiş etdirilib.
Kaspi.- 2007.- 20 noyabr..- S. 17.