Azərbaycana aid fotoşəkillər Sloveniyada nümayiş etdirilmişdir

 

AzərTAc xəbər verir ki, Sloveniyanın paytaxtı Lyublyana şəhərinin Qala sərgi salonunda "İşıqlı anlar" devizi altında Azərbaycanın beş fotoqrafının ölkəmizin sosial və mədəni həyatına dair çəkdiyi fotoşəkillər nümayiş etdirilmişdir. Bu il sentyabrın 28-dən oktyabrın 28-dək Sloveniyada keçirilən "Fotoqrafiya ayı" festivalı çərçivəsində təşkil olunan sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Polşa, Sloveniya, Rumıniya, Bolqarıstan, Bosniya və Hersoqovinanı təmsil edən fotoqrafların şəkilləri də göstərilmişdir. Azərbaycana aid fotoşəkillərin gələcəkdə adıçəkilən ölkələrdə keçiriləcək sərgilərə göndərilməsi nəzərdə tutulmuşdur.

 

Azərbaycan.- 2007.- 4 noyabr.- S. 4.