Mədəniyyət Nazirlərinin 5-ci İslam Konfransı kecirilir

 

Növbəti konfransın Bakıda keçiriləcəyi təklifi irəli sürüləcək

 

Liviya Cümhiriyyəsinin Tripoli şəhərində keçirilən Mədəniyyət Nazirlərinin 5-ci İslam Konfransında ölkəmizi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təmsil edib. Bu barədə məlumatı nazirliyin mətbuat katibi İntiqam Hümbətov yayıb. Onun sözlərinə görə, "İslam dünyasında mədəniyyət siyasəti: keçmişə əsaslanaraq gələcəyi qurmaq" adı altında keçirilən bu tədbir konfransın əsas mövzusu olub. Konfrans zamanı Əbülfəs Qarayev tərəfindən İslam dünyası üçün mədəniyyət strategiyasının həyata keçirilməsi üzrə Azərbaycanın milli hesabatı təqdim olunacaq. Konfransda nazirin Misir, İran, İordaniya, Qazaxıstan, Mərakeş Krallığı, Səudiyyə Ərəbistanı və Türkiyə kimi dövlətlərin yüksək səviyyəli nümayəndələri ilə ikitərəfli görüşləri nəzərdə tutulub. Həmçinin Azərbaycan nümayəndə heyəti tərəfindən İslam Konfransı Təşkilatı üzv dövlətlərinin mədəniyyət nazirlərinin növbəti konfransının Bakıda keçiriləcəyi təklifi irəli sürüləcək.

 

Üç nöqtə.- 2007.- 22 noyabr.- S. 13.