"Biz qayıdacağıq" filminin premyerası oldu

 

Filmin çəkilişi üçün 320 min manat sərf olunub

 

Dünən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Elxan Qasımovun "Biz qayıdacağıq" filminin premyerası oldu. Tədbiri giriş sözü ilə kinostudiyanın direktoru Xamis Muradov açdı. O, son illər çəkilən filmlərdən bəhs edərək bunun ilbəil artdığını bildirdi. Sonra isə, filmin rejissoru Elxan Qasımov danışdı və bu filmin çəkilişlərinə ötən ilin sentyabrında başladıqlarını vurğuladı. Qeyd edək ki, filmin süjet xəttində qaçqın həyatından bəhs olunur. Rejissor Qarabağ müharibəsində yaşanan dəhşətli bəlalara uşağın gözü ilə baxır. Əsas rolları Pərvaz İbrahimli və Ayan Mirqasımova ifa edir.

 

Üç nöqtə.- 2007.- 22 noyabr.- S. 13.