Hacızadə A.
AzərTAc-ın xüsusi
müxbiri xəbər
verir ki, noyabrın 21-25-də Rusiya paytaxtında "Cəmiyyət. Mənəviyyat.
Televiziya" onuncu Avrasiya teleforumu keçirilmişdir.
Avrasiya Televiziya və Radio Akademiyasının
(ATRA) himayəsi ilə
həyata keçirilən
bu kompleks meqalayihə müstəqil
dövlətlərin həyatı
haqqında obyektiv informasiyanın yayılmasına,
dövlət və müstəqil elektron kütləvi informasiya vasitələri potensialının
birləşdirilməsinə yardım göstərmək məqsədi
daşıyır.
Avrasiya forumunda 26 ölkədən
200-dən çox teleşirkət iştirak
etmiş, müxtəlif
nominasiyalar üzrə
müsabiqə proqramlarının
iştirakçısı olmuşdur.
Ölkəmizi bu mötəbər forumda
"Space" telekanalının
çəkdiyi "Vorontsov
bağı" sənədli
filmi təmsil edirdi. Gəncədən
olan gənc rejissor Zakir Muradovun bu filmi
"Bilik dünyası"
müsabiqə proqramında
"Yaradıcı" ekran
həllinin originallığına
görə xüsusi mükafata və diploma layiq görülmüşdür.
Teleforumun münsiflər
heyətinə tanınmış
Azərbaycan rejissoru, respublikanın xalq artisti, ATRA-nın vitse-prezidenti Vaqif Mustafayev başçılıq
edirdi.
Vaqif Mustafayev Avrasiya teleforumunun Moskva Kino evində
keçirilən təntənəli
bağlanış mərasimində
qaliblərin ATRA-nın
mükafat və diplomları ilə təltif olunmasında iştirak etmişdir. O, çıxışında bildirmişdir
ki, Avrasiya teleforumu oxşarı olmayan nadir layihədir.
Vaqif Mustafayev AzərTAc-ın xüsusi müxbirinə demişdir ki, ötən həftə böyük iş aparılmış, münsiflər
heyəti 700-dən yuxarı filmə baxaraq müxtəlif müsabiqə proqramlarında
və nominasiyalarda ən yaxşılarını
seçmişdir. V.Mustafayev
"Space" telekanalının
məhsulunun - Zakir Muradovun "Vorontsov bağı" filminin yüksək qiymətləndirilməsindən
və xüsusi mükafata layiq görülməsindən məmnun
qaldığını bildirmişdir.
Azərbaycan.- 2007.- 27
noyabr.- S. 7.