Humay

Erməni ilə azərbaycanlının “Yolayrıcı”

İrəvanda beynəlxalq "Yolayrıcındakı emalatxana" telelayihəsi çərçivəsində ən yaxşı filmlər nümayiş olunub.
Ötən il Gürcüstanda başlamış layihədə Cənubi Qafqaza həsr olunan və azərbaycanlı, erməni və gürcü kinomatoqrafçılarının birgə məhsulu olan lentlər göstərilib.

"Kinq-Konq və Düyməcik" lenti Ermənistan və Azərbaycan kinorejissorları Elina Çilingaryanla Nicad Xəlil-Ylfətin çəkdiyi əsərdir.
Münsiflər heyəti bu lenti xüsusi mükafata layiq görüb.
İrəvandakı Erməni-Rusiya (Slavyan) Universitetinin æurnalistika fakultəssinin tələbəsi Elina Çilingaryanın dediyinə görə, "Azərbaycandan olan adamla film çəkmək" maraqlı olub: "O, Ermənistanın problemlər yaşadığı ölkəni təmsil edirdi. Bu adamın başqa mədəniyyət, fərqli düşüncə tərzinin daşıyıcısı olması da böyük maraq doğururdu".
Cənubi Qafqazın üç ölkəsinin gələcək kinorejissorları və ssenaristləri olacaq tələbələr "Yolayrıcındakı emalatxana" layihəsi çərçivəsində 21 film çəkiblər.
"Ən yaxşı əməkdaşlıq" nominasiyasında isə "Dalğa başlayıb" adlı birgə Ermənistan-Azərbaycan filmi qalib gəlib. Lentdə Ermənistan və Azərbaycandakı gənclər hərəkatları, onların problemləri, hakimiyyət dairələrinin gənclərin aksiyalarına olan reaksiyasından bəhs olunur.

Ekspress.- 2007.- 13 noyabr.- S. 9.