"Koroğlu" operasının ilk rejissoru haqqında film çəkilib

 

Dahi Üzeyir Hacıbəyovun "Koroğlu" operasına ilk dəfə quruluş verən mərhum sənətkar İsmayıl Hidayətzadə haqqında çəkilən film hazırdır. "Azərbaycantelefılm" Yaradıcılıq Bırliyində istehsal olunan film bu yaxınlarda təqdim olunacaq. Birliyin rəhbəri Vüqar Tapdıqlının sözlərinə görə, Azərbaycanın teatr və kino sənətində özünəməxsus yeri olan İ.Hidayətzadə haqqında çəkilən filmin ssenari müəllifi Gülbəniz Hüseynova, rejissoru Ənvər Əblucdur. 50 yaşında dünyasını dəyişən İ.Hidayətzadə Akademik Opera və Balet Teatrının direktoru olub. Azərbaycanda çəkilən səssiz filmlərin bir neçəsinə çəkilən İ.Hidayətzadə Akademik Milli Dram Teatrının səhnəsində də müxtəlif obrazlar yaradıb. Bununla yanaşı o, teatr tarixi ilə bağlı apardığı nəzəri araşdırmaları və tədqiqatları ilə yadda qalıb.

 

Ayna.- 2007.- 7 noyabr.- S. 8.