Ağazadə E.

 

Musiqi sənətinin yorulmaz təbliğatçısı

 

Bu il Azərbaycanın bir sıra ziyalılarının yubiley mərasimləri keçirilməkdə davam edir. H.Cavid, C.Rumi, Seyid Hüseyn kimi  görkəmli incəsənət xadimləri arasında dahi bəstəkar, dirijor, dünyaşöhrətli müsiqiçi maestro Niyazinin də adı var. Parlaq ifaçılıq və bəstəkarlıq istedadına malik olan bənzərsiz sənətkar maestro Niyazi öz yaradıcılıq yolunda bəstəkarlıq və ifaçılıq sənətini yüksək zirvələrə qaldırmışdır. Əksər bəstəkarların əsərləri ilk dəfə olaraq məhz Niyazinin ifasında səsləndirilmiş və sevilmişdir. Onların içərisində M.Maqomayevin "Nərgiz" operası, Q.Qarayev və C.Hacıyevin birlikdə yazdığı "Vətən" operası, "İldırımlı yollarla" və "Yeddi gözəl" baletləri, F.Əmirovun "Şur" və "Kürd ovşan"simfonik muğamları, "Sevil" operası, A.Məlikovun "Məhəbbət əfsanəsi" baleti və. eləcə də rus və Avropa bəstəkarlarının əsərləri Niyazinin dirijorluğu ilə ifa olunmuşdur. Məşhur Hacıbəyovlar nəslinin nümayəndəsi olan maestro Niyazinin belə bir istedada malik olması heç də təsadüfi deyil, çünki bu nəsil Azərbaycanın musiqi mədəniyyətinə çox böyük töhfələr vermişdir.

Qeyd etmək lazımdır ki, dahi dirijor olmasına baxmayaraq Niyazi sənətə ilk dəfə bəstəkar kimi gəlmişdir. Onun əsərlərində Azərbaycan xalqının musiqi sənəti özünəməxsus şəkildə verilir. Burada biz həm xalq mahnılarına, rəqs havalarına, həm də aşıq musiqisinə rast gələ bilərik. "Təbrizim", "Vətən haqqında mahnı", "Arzu" və s. kimi mahnılar bu gün də sevilərək dinlənilir.

Bu il dahi maestronun 95 illik yubileyidir. Bu məqsədlə Üzeyir Hacıbəyovun ev muzeyində dünyaşöhrətli musiqiçi maestro Niyazinin 95 illiyinə həsr olunmuş elmi-praktik konfrşns keçirildi. Konfransın əsas məqsədi vaxtilə Niyazini yaxından  tanımış,  onunla  birlikdə  çalışmış insanları bir yerə toplayaraq dahi dirijor və görkəmli bəstəkar maestro Niyazinin xatirəsini  yad   etmək   idi.   Azərbaycan Bəstəkarlar  İttifaqının   İdarə  Heyətinin sədri,   xalq   artisti,   professor  Firəngiz Əlizadə konfransı giriş sözü ilə açaraq maestro Niyazinin Azərbaycan musiqisindəki rolundan və musiqimizin inkişafına dair gördüyü işlərdən danışdı. Maestro ilə ailəvi dost olmuş BMA-nın rektoru, SSRI və Azərbaycan Respub-likasının xalq artisti, professor Fərhad Bədəlbəyli və xalq artisti,  professor Xuraman Qasımova  Niyazi haqqında xatirələri ilə çıxış edərək özlərinin professional musiqiçi kimi  formalaşmalarında  Niyazinin  rolunu  xüsusi  qeyd etdilər. Xuraman Qasımova və eləcə də Fərhad Bədəlbəyli Niyazi haqqında maraqlı xatirələri ilə çıxış edərək maestronun nəinki dahi musiqiçi,  həm də daxilən çox gözəl və geniş dünyagörüşünə malik bir insan olduğunu qeyd etdilər. Daha sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən   çıxış   edən   Fərəh   Əliyeva   Azərbaycanm maarifçilik ənənələri kontekstində Niyazinin fəaliyyətindən söhbət  açaraq  maesrtonun  musiqimizin  inkişafı,  gənc istedadların  üzə  çıxması    s. aid  gördüyü  işlərdən danışdı.    Azərbaycan Dövlət Musiqi  Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova isə Niyazinin yaradıcılıq irsinin təbliği məsələlərinə dair mühazirə ilə çıxış etdi. O, Niyazinin yaradıcılığına aid indiyədək məlum olmayan bəzi məqamlara toxundu. Daha sonra çıxış edən BMA-nın professoru, sənətşünaslıq namizədi Şəhla Mahmudova, bəstəkar musiqişünas Nərgiz Şəfiyeva, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin Katibi, Əməkdar İncəsənət xadimi, professor Ramiz Zöhrabov, sənətşünaslıq namizədi, dosent Tamilla Hüseynova Niyazi haqqında maraqlı xatirələri və bəstəkarlarla görüşləri ilə dinləyicilərlə bölüşdülər. Sənətşünaslıq doktoru, professor Şirin Məlikova bəstəkarın "Rast" simfonik muğamı barəsində geniş məruzə ilə çıxış etdi. Konfrans musiqişünas Aytən Tağızadə, sənətşünaslıq namizədi dosent Akif Quliyev və Sürəyya Ağayevanın Niyazinin yaradıcılığına dair məruzələri ilə sona çatdı. Bundan əlavə konfransda Xuraman Qasımava Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın müşayiəti altında Niyazinin "Arzu" mahnı romansını oxudu, "Etüd" və "Çitra" baletindən bir parça ifa olundu. Beləliklə, dahi musiqiçi maestro Niyazinin xatirəsinə həsr olunmuş konfrans başa çatdı. Biz ümid edirik ki, belə tədbirlər gələcəkdə də keçiriləcək və ənənə halını alacaq. Çünki nə qədər kədərli olsa da etiraf etmək lazımdır ki bu, Niyazi kimi dahi şəxsiyyətə həsr olunmuş ilk tədbirdir. Belə tədbirlərin mütəmadi olaraq keçirilməsi ilk növbədə gələcək nəsl musiqiçiləri üçün çox vacibdir. Bu cür şəxsiyyətlər gənc musiqiçilərin musiqi zövqünün formalaşması, onlarda milli köklərimizə marağın oyanması, gələcəyin professional musiqiçiləri olmaları üçün böyük bir məktəbdir.

 

İmpuls.- 2007.- 9-14 noyabr.- S. 13.