Alim Qasımovun Kaliforniyada konseti olub

 

Azərbaycanın xalq artisti Alim Qäasımov və onun qızı Fərqanə Qasımova Kaliforniyanın Los Anceles Universitetində çıxış edib. Universitetin tanınmış "Royce Hall"unda baş tutan və anşlaqla keçən konserti dünyanın məşhur Ağaxan İnkişaf Fondu dəstəkləyib.

APA-nın məlumatına görə, fondun reallaşdırdığı və ölkənin iri şəhərlərində konsertlərin təşkilini nəzdrdə tutan "Mərkəzi Asiyanın Əsrarəngiz Səsi" (Spiritual Sound of Central Asia) layihəsi çərçivəsində azərbaycanlı sənətkarla yanaşı, Qazaxıstan, Özbəkistan və Tacikistan milli qrupları da çıxış edib. Los-Anceles şəhərinin demək olar ki, bütün diplomatik korpusu ilə yanaşı, 400-dək sıravi amerikalı da çıxışları izləyib. Tədbir iştirakçıları bu tipü tədbirlərin dini etnik ayrı-seçkiliyin aradan qaldırılmasında Qafqaz Mərkəzi Asiyanın zəngin mədəniyyətinin təbliğində müstəsna rol oynadığını bildiriblər.

Qeyd edək ki, konsertə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu, Azərbaycan Amerika Şurasmın Azərbaycan icmasının üzvləri qatılıblar. Alim Qasımovun növbəti konserti isə noyabrın 5-də Santa Barbara Universitetində keçiriləcək.

 

Vətəndaş həmrəyliyi.- 2007.- 4-6 noyabr.- S. 16.