Dünyamalıoğlu F.
Ot kökü
üstdə bitər
“Qızıl
kitab”ımızdan
1992-ci il iyunun 2-də
Bakı şəhərində dünyaya gələn Mustafa
böyüdükcə
istedadı ilə seçildi. Anası Zülfiyyə
xanım uşaqları başına yığışıb,
qazanları çubuqla döyəcləməsi Mustafanın
xoşuna gələrdi. Piano
arxasına keçib önun dillərini
döyəcləyər,
ürəyinə yatan mahnıları ifa
edərdi. Bunları öz-özünə
öyrənmişdi. Beş yaşı olanda valideynləri onu
22 saylı musiqi məktəbinə gətirirlər. Məktəbin
direktoru Natiq müəllim
məsləhət bilir ki, Mustafa skripka ilə
məşğul olsun. Skripka şöbəsində Əməkdar
artist, professor Bayandur Mehdiyev
onun ilk müəllimi
olur. Qısa vaxt ərzində skripkanın bütün incəliklərini mənimsəyən Mustafa, beləcə, skripkaçı olur.
Mustafa Mehmandarov sonra Əməkdar artist, professor Zəhra Quliyevanın sinfində oxuyur. 2003-2006-cı illərdə bir sıra müsabiqə və festivallarda iştirak edib. Fəxri fərmanlar və dipiomlar alır, Rus cəmiyyətinin təşkil
etdiyi rus klassiklərinin və xalq mahnılarının müsabiqəsində 3-cü yeri
tutur, laureat adını qazanır,
2003-cü ildə Nazim
Əliverdibəyovun xatirəsinə
həsr olunmuş Gənc İfaçılarıb
IV Ümumşəhər müsabiqəsinin
qalibi, 2005-ci ildə yəhudi cəmiyyətinin
Bahar bayramı ilə əlaqədar təşkil etdiyi gənc ifaçılar müsabiqəsində 1-ci yerə,
Respublika günü ilə əlaqədar, Gəncədə keçirilən
konsertdə isə “Fəxri fərman”a, Bakı Musiqi Akademiyası nəzdindəki
Orta ixtisas Musiqi məktəbinin 25 illiyinə həsr olunmuş uşaq musiqi festivalının qalibi adına layiq görülür. 2006-cı ildə Rusiyanın Suzdal şəhərində YUNESKO-nun xətti ilə təşkil olunmuş «Yeni adlar təkmilləşdirmə
kursu»nun dinləyicisi olur.
“Ot kökü üstə bitər” demiş babalarımız, Mustafa Mehmandarov
Azərbaycanın tanınmış
bir nəslinə mənsubdur.
Ana nənəsi Leyla Zeynal qızı
Tağıyeva məşhur
Bakı milyoncusıı,
xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin
nəvəsi olub və uzun illər
Bakı Musiqi Akademiyasında musiqi nəzəriyyəsindən dərs
deyib,
Ata babası
Kərim bəy Mehmandarov Qarabağın
ilk həkimi olub. Onun qardaşı
Səməd bəy Mehmandarov isə Şərqdə ilk demokratik
dövlət olan Azərbaycan Cumhuriyyətinin
Müdafiə naziri olub.
Belə bir tanınmış nəslinə mənsub
Mustafa Mehmandarov məşhur
skripkaçı olmaq
arzusundadır.
Mustafa Adil oğlu Mehmandarovun adı «Qızıl kitab»a yazılmış, özü isə Azərbaycan Respublikası
Prezidentinin 14 iyun 2007-ci
il tarixli
sərəncamı ilə
Prezident təqaüdünə
layiq görülmüşdür.
Mədəniyyət.- 2007.- 13 noyabr.- S. 2.