Cavanşir Quliyev: Düşündüm ki, mənə ehtiyac duyanların yanında olsam, daha yaxşıdır

 

Hazırda Şimali Kipr Türk Cümhuriyyətində yaşayan tanınmış Azərbaycan bəstəkarı Cavanşir Quliyev contaks.com.az saytına müsahibə verib.
   Müsahibəni təqdim edirik.
   - Sizin Azərbaycanı tərk etməyinizin başlıca səbəbləri idi?
   - Mənə Kuzey Kıbrıs Türk Cümhuriyyətindən təklif gəldi. Burada məni Yaxın Doğu Universitetində açılan səhnə sənətləri fakültəsinə işə dəvət etdilər. Mən düşündüm ki, Bakının insan əlindən daralmış küçələrində veyil-veyil gəzib bu küçələri daha da daraltmaqdansa, mənə ehtiyac duyanların yanında olsam, daha yaxşıdır. yanılmadım: burdakı tələbələr bilik üçün "susamışlar". 30 ili yaxındır ki, dərs keçirəm, heç vaxt bu dərəcədə oxumaq istəyən tələbə görməmişdim. Mənim özümə isə bu vaxta qədər görmədiyim hörmət sayqı göstərirlər - mən bunu həm kıbrıslıların Azərbaycana olan sevgisi ilə əlaqələndirirəm.
   - Qürbətdə yaşamaq vətənpərvərliklə bir araya necə sığır?
   - Vətənpərvərlik, fikrimcə, coğrafi anlayış deyil - insan qəlbinin xüsusiyyətidir. Azərbaycanda yaşayanların, bəyəm, hamısı vətənpərvərdir? Əlbəttə, Vətən üçün çox darıxıram - hər tətildə mütləq Azərbaycanda oluram. Bəzən, lazım olanda, xeyirdə-şərdə, hətta semestr içində izn alaraq Bakıya gedirəm. Yəni, mənim Vətənlə əlaqələrim heç qopmayıb.
   - Qarşıdakı prezident seçkiləri ilə bağlı siyasi proseslərə qoşulacaqsınızmı ?
   - Xeyr.
   - Vətəndaşla sənətkarın nisbətini necə görürsünüz?
   - Son illər Azərbaycanda baş verən hadisələr göstərdi ki, vətəndaşlıq hissi olmadan da sənətkar olmaq olar. Buna misal kimi çağdaş Azərbaycan sənətkarlarının əksəriyyətini göstərmək mümkündür - onlar, hətta, xalqın adından təsis edilmiş fəxri adları da utanmadan alırlar, "gecikəndə" əsəbiləşirlər bunun üçün bir-biri ilə savaşmaqdan belə vaz keçmirlər. Xalq heç yadlarına belə düşmür. Mən isə sadəlövhcəsinə ömrüm boyu sənətkar vətəndaş anlayışlarının biri-birindən ayrı olmadığına inanmışam.
   - Xaricdən bütünlüklə Azərbaycan necə görünür ?
   - Xaricdən Azərbaycan heç görünmür. Müxtəlif internet saytlarını oxumayan illərlə Azərbaycan kəlməsini duymayacaq. Dünyada baş verənlərlə müqayisədə ölkəmizdəki hadisələr cox cılız görünür. düşünürsən ki, kiçik bir ölkənin cəmiyyəti daha da kiçik hissələrə parçalanaraq, getdikcə görünməz olur nailiyyətləri gündən-günə azalır. Belə getsə, axırda bir güclü iradənin idarə etdiyi ikiayaqlı, bir mədəli canlılar kütləsinə çevriləcək.
   - Yaradıcılığınızda hansı yeniliklər var ?
   - Avqust ayının 3- Amerika Birləşmiş Ştatlarının Santa Fe şəhərində keçirilən ənənəvi Kamera Musiqisi festivalında Amerika pianoçusu Alan Faynberq tərəfindən mənim "Muğam səssıralarında 7 Pyes" əsərim ifa olundu. Artıq mətbuatda xəbər verilib: "Oğuznamə" baletini bitirmişəm, indi onun səhnə həyatını gözləyirəm. Bəlkə İstanbul opera balet teatrı bu əsəri səhnələşdirdi. "Dastan" simfoniyasını isə bu günlərdə bitirmişəm. Bu əsəri XX əsrdə Allahın Azərbaycana verdiyi ən böyük insanına - Üzeyir Hacıbəyovun işıqlı xatirəsinə həsr etmişəm. Əslində Üzeyir bəy əsərin baş qəhrəmanıdır. 2008-ci ilin mart ayında Bakıda əsərin ifası planlaşdırılıb. Yayda Bakıda olarkən musiqisini yazdığım "Cavid ömrü" bədii filmini tamaşaçılara tanıtdıq. Bu yaxınlarda Hamlet İsaxanlının "Ziyarət" poemasının musiqisini yazdım - 11 mahnıdan 10 müxtəlif xarakterdə musiqi parçalarından ibarətdir. Səhnələşdirilməsini gözləyirik.
   - Azərbaycandakı bəstəkarların yaradıcılığı sizi qane edirmi ?
   - Azərbaycanda çox güclü bəstəkarlar ordusu var. Üzeyir Hacıbəyov Qara Qarayev bunun özülünü möhkəm qoyublar. Təəssüf ki, onların gücündən lazımınca istifadə olunur, bəxi istisnalar olmaqla, yazdıqları əsərlər daxildə xaricdə təbliğ edilir.

 

525-ci qəzet.- 2007.- 16 noyabr.- S. 7.