Samirə

 

Almaniyada Azərbaycan günləri

 

Ötən həftə Almaniyanın Kastel şəhərində mədəniyyət və incəsənət festivalı keçirilib. Azərbaycana həsr edilmiş günün nələri əhatə etdiyi barədə qəzetimizə nıusiqişünas Cahangir Səlimxanov danışdı: "Bu festival kifayət qədər böyük ənənəyə malikdir. Festival təşkilatçıları əsl peşəkarları dəvət etmək adətlərinə sadiq qaldıqları üçün belə bir tarix yaza biliblər. Azərbaycan mədəniyyətinə və incəsənətinə həsr olunmuş tədbirlər Blodkirx kilsəsində baş tutdu. Azərbaycan musiqisi axşamının ilk çıxışçıları Səbuhi İbayev, Möhlət Müslümov və Fəxrəddin Dadaşovdan ibarət muğaın triosu oldu. Bundan savayı, almaniyalı sənətsevərlərə rəngkarlıq, qratika və foto işlərindən ibarət sərgi də təqdim edildi. 15 ildən bəri Almaniyada yaşayıb-yaradan pianoçu Elnarə İsmayılova Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdi. Festivalın təşkilatçısı və sənət axşamının aparıcısı olan Paul Hindemit isə məni səhnəyə dəvət etdi ki, muğam lıaqqında məlumat verim". Azərbaycan incəsənətinə həsr olunmuş tədbirin sonunda Mikayıl Mikayılovun 1930 cu ildə "Azərkino" studiyasında çəkdiyi “Lətif” sözsüz filmi nümayiş olunub. Ekran əsərinin kadrlarını Salman Qurbanov (piano), Fəxrəddin Dadaşov (kamança) və Eldar Qafarovun (nağara) canlı musiqisi müşayiət edib. Bu dəfə onlara almaniyalı saksafonçu Beynəlxalq Bakı Caz Festivalından yaxşı tanıdığınız Verner Cnqlert də qoşulub. Festival təşkilatçıları vurğulayıblar ki, bu konsertlər gələn il keçiriləcək.

 

Həftə içi.- 2007.- 8 noyabr.- S. 8.