Əlillərin bədii yaradıcılıq üzrə respublika baxış-müsabiqəsinin II turu başlamışdır

 

AzərTAc xəbər verir ki, noyabrın 26-da Aktyorlar Evində əlillərin bədii yaradıcılıq üzrə IV respublika baxış-müsabiqəsinin II turu başlamışdır.
Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi baxış-müsabiqənin məqsədi fiziki cəhətdən qüsurlu şəxslərin
cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların sağlam insanlarla bərabər tutulması, istedad qabiliyyətlərinin aşkara çıxarılmasından ibarətdir. Baxış-müsabiqədə əlillərin mahnı, muğam, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, folklor yaradıcılığı, poeziya bədii qiraət sahəsindəki istedadları nümayiş etdirilmişdir.
Tədbirə hazırlıq məqsədilə respublikanın 9 bölgəsində, o cümlədən Bakı şəhəri üzrə I tur zona müsabiqələri keçirilmişdir. Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə keçirilən zona müsabiqələrinə 503 istedadlı əlil qatılmış, onlardan 121-i müsabiqənin II turunda çıxış etmək hüququ qazanmışdır. Yekun tura vəsiqə qazanmış əlillərdən 32-si qadın, 23-ü 16 yaşınadək yeniyetmə gənc, 5-i Qarabağ müharibəsi əlili, 92 nəfəri isə digər kateqoriyalara aid şəxslərdir.
Müsabiqənin qaliblərini seçmək üçün tanınmış ədəbiyyat incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılmışdır. Müsabiqənin I mükafatı üçün 8 yer, II mükafata 11 yer, III mükafata isə 12 yer ayrılmışdır. Baxış-müsabiqənin yekun mərhələsinin qaliblərinin həvəsləndirilməsi üçün nazirlik tərəfindən pul mükafatları, diplomlar təsis edilmiş, mükafata layiq yer tutmayan iştirakçılara təşəkkürnamə maddi yardım verilməsi nəzərdə tutulmuşdur.
Noyabrın 29-da Dövlət Musiqili Komediya Teatrında müsabiqənin qaliblərinin iştirakı ilə konsert veriləcəkdir.

 

Azərbaycan.- 2007.- 27 noyabr.- S. 7.