Səlimqızı C.
Nazirliyin saytı
açıldı
Əbülfəs
Qarayev: “Sayt mədəniyyət, incəsənət, turizm
sahəsi ilə maraqlananlar ücün əhəmiyyətli
olacaq”
Artıq
mədəniyyət və turizm sahəsində hər
hansı bilgini əldə etmək üçün
“dağa-daşa” düşməyəcəksiniz. Çünki
Mədəniyyət və Turizm Nazirliyi artıq özünün
rəsmi İnternet portalını yaradıb.
Dünən tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də media mənsublarının iştirakı ilə Muzey Mərkəzində saytın təqdimat mərasimi keçirildi. Əvvəlcə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev sayt barədə ətraflı bilgi verdi. Qeyd etdi ki, sivil cəmiyyətdə İnternet çox önəmli yer tutur və insanlar ondan yetərincə bəhrələnməyə çalışmalıdırlar. Daha sonra sayt barədə danışdı. Bildirdi ki, yüksək səviyyədə tərtib olunmuş sayt mədəniyyət, incəsənət, turizm sahəsi ilə maraqlanan insanlar üçün böyük maraq və əhəmiyyət kəsb edəcək. Sonra saytın bölümləri barədə məlumat verildi.
Məlumat üçün
bildirək ki, www.mct.gov.az adlı saytı 8 bölümdən
ibarətdir; «Nazirlik haqqında», «Mədəniyyət
və incəsənət»,
«Turizm», «Mətbuat», «Layihələr və tender», «Tədbirlər», «Afişa», «Mediateka». Qeyd edək ki, hər bölüm
özlüyündə bir
neçə sahələri
əhatə edir. Məsələn, «Nazirlik»
bölümündə nazirliyin
müxtəlif şöbələri,
əməkdaşları, görülən
işlər, bağlanan
müqavilələr və
s. barədə dəqiq, yığcam informasiyalar verilir. Bölüm özlüyündə
«struktur», «ictimaiyyətlə
iş», «sənədlər»,
«xəbərlər», «qəbul»
bölmələrinə ayrılır. Saytdan nazirin qəbulu
ilə bağlı da məlumat almaq olar. «Mədəniyyət
və incəsənət» bölümü
özlüyündə «kitabxana», «muzeylər», «teatrlar», «kino»,
«abidələr», «yaradıcılıq», «təsviri
sənət», «rəssamlıq», «mətbəx»,
«adət-ənənələr», «milli geyimlər» və digər
sahələri əhatə edir. Burada mətbəx mədəniyyəti
ilə tanış olacaq, milli xörəklərimizin
çeşidləri barədə məlumatlanacaq, xalqımızın
toy, nişan mərasimləri, qədim geyim
nümunələrimiz və s. barədə bilgilər
əldə edəcəksiniz. Onu da qeyd edək ki, hədsiz
səliqə-sahmanı ilə seçilən
bölümlərdə diqqətdən heç nə
yayınmayıb. Bütün məlumatlar
təfərrüatı ilə saytda yer ahb.
Məsələn,
«Turizm» bölümünə daxil olub biləcəksiniz ki,
Azərbaycanda turizmin inkişafı hansı
səviyyədədir. Yaxud hansı bölgələrimizdə
turizm obyektləri - istirahət məkanları yerləşir.
Burada turizm marşrutları, turistlər üçün
bələdçilər barədə də bilgilər yerləşdirilib.
Həmçinin, bölüm vasitəsilə Azərbaycanın
fauna və florasının zənginliyindən xəbər
tutacaqsınız.
«Afişa»
bölümünə daxil olub, paytaxtda fəaliyyət
göstərən teatrlarda göstəriləcək
tamaşaların siyahısı ilə tanış olacaqsınız.
Teatrsevərlər, həmçinin, həmin teatrların
tarixi barədə məlumat əldə edəcək, göstərdikləri
tamaşalardan görüntüləri seyr edəcəklər.
Daha hansısa bir teatrda istədiyiniz tamaşaya baxmaq və bilet
əldə etmək üçün ora-bura telefon açmaq
məcburiyyətində qalmayacaqsınız. «Layihələr
və tenderlər» bölümündə Nazirliyin rəsmən
təsdiqlədiyi layihələr və sənədlər
haqqında informasiyalardan xəbər tutacaqsınız. Onu da
öyrəndik ki, sayt dəb xarakteri daşımayacaq.
Yəni, bəzi dövlət qurumlarının saytları kimi
boyat xəbərlərdən ibarət olmayacaq.
Vaxtaşırı yeniləşəcək və maraqlı
xəbərlərlə mədəniyyətsevərləri
sevindirəcək.
Mərkəz.- 2007.- 9 noyabr.- S. 11.