Həmyerlilərimizin Novosibirsk Dövlət

Filarmoniyasında Polşada çıxışları böyük maraqla qarşılanmışdır

 

Xalq artisti tarzən Ramiz Quliyev və Sankt-Peterburq Dövlət Konservatoriyasının opera və simfonik dirijorluğu üzrə aspirantı, dirijorların Polşa və Xorvatiyada keçirilmiş beynəlxalq müsabiqələrinin laureatı Əyyub Qu|iyev Novosibirsk Dövlət Filarmoniyasının Kamera, Belostok Dövlət Filarmoniyasının (Polşa) simfonik orkestrləri ilə birgə konsertlər vermişlər.

Novosibirsk Filarmoniyasında "Rəqs ritmləri" adlı konsertin birinci şöbəsində yalnız orkestrin çıxışı olmuş və ona gənc Əyyub Quliyev dirijorluq etmişdir.

İkinci şöbədə Ə.Quliyevin dirijorluğu ilə Ramiz Quliyev orkestrlə birgə çıxış etmişdir. Azərbaycan bəstəkarlarından Fikrət Əmirovun, Aqşin Əlizadənin, Azər Rzayevin, Həsən Rzayevin xarici ölkə bəstəkarlarından Rossininin, Motsartın, Şubertin, Rubenşteynin əsərləri tarda ilk dəfə ifa olunmuşdur. Tamaşaçıların təkidli alqışları nəticəsində Ramiz Quliyev bir neçə əsəri təkrar səsləndirmişdir.

Rusıyanın tanınmış mədəniyyət və musiqi xadimlərinin iştirak etdiyi konsertdən sonra filarmoniyanın rəhbərliyi ifaçılarımızı gələn il yenidən konsert vermək üçün Novosibirskə dəvət etmişdir.

Həmyerlilərimizin Belostokdakı konsertləri də musiqisevərlər tərəfindən böyük maraqla qarşılanmışdır. Konsertdən əvvəl polşalı sənətşünas Azərbaycan musiqi mədəniyyəti və tar aləti haqqında dinləyicilərə ətraflı məlumat vermişdir.

Konsertin birinci şöbəsində Ə.Quliyevin dirijorluğu və simfonik orkestrin müşayiəti ilə Ramiz Quliyev Azərbaycan bəstəkarları Hacı Xanməmmədovun tar və simfonik orkestr üçün 1 saylı konsertini və Həsən Rzayevin "Çahargah" rapsodiyasını ifa etmişdir. Tamaşaçılar onun ifasını ayaq üstə alqışlamışlar.

İkinci şöbədə simfonik orkestr Əyyub Quliyevin dirijorluğu ilə dünya klassik musiqisindən nümunələr səsləndirmişdir.

Konsertdən sonra Ramiz Quliyev tamaşaçılarla görüşmüşdür. Ölkəmizdə Prezident İlham Əliyevin mədəniyyət incəsənət işçilərinə diqqət qayğısından söz açan tarzən Azərbaycan musiqisi milli musiqi alətimiz tarla bağlı çoxsaylı suallara cavab vermişdir.

Həmyerlilərimizin Belostok Filarmoniyasındakı çıxışları Polşanın mətbuat orqanlarında geniş işıqlandırılmışdır. Məşhur polyak dirijoru Robert Panek belə konsertin təkcə Polşada deyil, Avropanın başqa şəhərlərində çoxdandır keçirilmədiyini vurğulamışdır.

Filarmoniyanın rəhbərliyi Azərbaycan musiqiçilərini yenidən konsert verməyə dəvət etmişdir.

 

Respublika.- 2007.- 24 noyabr.- S. 8.