Həsənağa Əlı oğlu Ourbanov

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.

Azərbaycan Tcleviziyasının "Dan ulduzu" instrumental ansambnın bədii rəhbəri, Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Həsənağa Əli oğlu Qurbanov noyabr ayının 6-da 52 yaşında qəflətən vəfat etmişdir.

Həsənağa Qurbanov 1955-ci il iyulun 20- Naxçıvan şəhərində anadan olmuşdur. 1976- ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

Əmək fəaliyyətinə 1978-ci ildən Naxçıvan şəhər Mədəniyyət evində müəllim C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlamışdır. Sonralar Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatnda apa dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Azərbaycan Televiziyasının "Dan ulduzu" instrumental ansambnın bədii rəhbəri vəzifələrində çalışmışdır.

2001-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir.

Həsənağa Qurbanov gənc yaşlarından musiqiyə böyük maraq göstərmiş, Azərbaycan musiqi mədəniyyətinin tanınmış simalarından birinə çevrilmişdir.

"Dan ulduzu" instrumental ansamblının yaradıcısı, görkəmli musiqiçi Gülarə Əliyevanın layiqli davamçısı olan Həsənağa Qurbanov istedadlı gənc musiqiçilərə böyük diqqət qayğı göstərmiş, onların peşəkar musiqiçi kimi yetişmələri üçün gərgin əmək sərf etmişdir.

Azərbaycan milli musiqisinin ölkəmizdə respublikanın hüdudlarından kənarda tanınmasında təbliğində onun böyük xidmətləri olmuşdur.

Görkəmli musiqiçi, müəllim, qayğıkeş insan Həsənağa Əli oğlu Qurbanovun xatirəsi onu tayanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Xalq qəzeti.- 2007.- 7 noyabr.- S. 6.