Muradova Z.
Azərbaycan muğamına
əbədi həyat
Azərbaycan xalqının zəngin musiqisi qədim tarixə malikdir. İnsanların qəlbindən büllur dağ çeşməsi
kimi süzülən
xalq musiqisi əsrlər boyu yaşamış, tərəqqi
etmiş, nəsildən-nəslə
keçərək bu
günümüzə gəlib
çatmışdır. Milli musiqimizin bir qolu olan muğam
ona görə bu qədər ürəyəyatımlı, qəlboxşayandır
ki, xalqımız qədim zamanlarda öz dərdlərini muğamın dili ilə deyib.
XIX əsrdə Sadıqcan, Cabbar Qaryağdıoğlu, Cəmil
Əmirov, Keçəçi
Məhəmməd və
başqaları bu sahədə böyük xidmətlər göstərərək
muğama yeniliklər
gətirmişlər. Sonrakı yüzillikdə
muğam geniş intişar tapmış,
inkişafının ən
yüksək zirvəsinə
çatmışdır. Görkəmli
ifaçılar Xan Şuşinski, Əlövsət
Sadıqov , Mütəllim
Mütəllimov, Əbülfət
Əliyev, Yaqub Məmmədov, Fatma Mehrəliyeva, Zeynəb Xanlarova, Arif Babayev, Qədir Rüstəmov, Hacıbaba
Hüseynov, Canəli Əkbərov, Qulu Əsgərov, Alim Qasımov və adlarını çəkə
bilmədiyimiz başqaları
muğamı bütün
dünya xalqlarına tanıtmış və sevdirmişlər.
Keçən əsrdə, xüsusən
1920-ci ildən sonrakı
onilliklərdə demək
olar ki, respublikanın bütün
rayonlarında orta ixtisas musiqi məktəbləri, Bakıda
isə konservatoriya və filarmoniya açılmış, muğam
şöbələri yaradılmışdır.
Qeyd etmək vacibdir ki, o dövrdə bütün dünyada məşhur olan dahi Üzeyir Hacıbəyov musiqi sahəsində cahanşümul
xidmətlər göstərmişdir.
Ümummilli liderimiz Heydər
Əliyev musiqi sahəsinə böyük
qayğı və ehtiramla yanaşırdı.
1969-1982-ci illərdə
SSRİ-nin digər respublikalarından fərqli
olaraq böyük teatrlarda və möhtəşəm konsert
salonlarında Azərbaycan
bəstəkarlarının səhnə əsərlərinin
tamaşaya qoyulması,
muğam, simfonik və kamera musiqisinin səsləndirilməsi
məhz Heydər Əliyevin təşəbbüsü
və köməyi ilə mümkün olurdu. Onun millətinə hədsiz
məhəbbətinin nəticəsidir
ki, Azərbaycan musiqisi SSRİ sərhədlərini
keçərək dünyaya
geniş yayıldı.
Sovet dövründə heç
bir müğənni Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülməmişdi.
SSRİ-də ilk dəfə olaraq korifey sənətkarımız
Rəşid Behbudovun bu ada layiq
görülməsi o zaman
nadir hadisə idi.
Sonra Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin qızıl əmək ordeni ilə təltif edilmələri unudulmaz rəhbərimizin qayğısının bariz
nümunəsi idi.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ulu öndərin gözəl ənənəsini
bu gün ləyaqətlə davam etdirir, son illər az qala unudulmaqda
olan muğamımıza
yeni nəfəs gətirmişdi. Radio və televiziya kanallarına yol tapmış yabançı
mahnılar, populist, ucuz
şöhrət axtaran
istedadsız müğənnilərin
xarici musiqiyə aludə olmaları, xalq musiqisindən uzaqlaşma və ona xorbaxma meyilləri
nəticəsində muğam
sənəti xeyli sıxışdırılmışdı.
Bu zərərli meylin genişləndiyini görən muğam ustaları, muğamsevərlər
və xalqın böyük bir hissəsi təəssüflənir
və narazılıq
edirdilər. Muğam sənətinin
sıxışdırıldığı
belə bir zamanda Mehriban xanım ona böyük himayə göstərdi.
Artıq
xeyli müddətdir ki, bütün Azərbaycan xalqı, dünyanın müxtəlif
ölkələrində yaşayan
həmvətənlərimiz və muğam həvəskarları rahat
nəfəs alırlar,
çünki hamı
muğama qayğı
göstərilməsindən məmnun qalır, muğamatımızın əbədi
yaşayacağına möhkəm
inanır. Bu inamı onlara hörmətli Mehriban xanım Əliyeva bəxş etmişdir.
İlk vaxtlar Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın muğam konsertlərində
saatlarla əyləşib
xanəndələri maraqla
dinləmələri ondan
xəbər verirdi ki, muğamatımız tezliklə dirçəldiləcəkdir.
Çox
keçmədi ki, bu sahədə bir canlanma yarandı,
qısa müddətdə
tanınmış muğam
ustalarının böyük
konsertləri təşkil
edildi. Televiziyada muğam müsabiqələrinin
keçirilməsi, yaşlı
və gənc nəsildən olan istedadlı müğənnilərə
fəxri adların verilməsi, pensiya yaşına çatmış
sənətkarlara Prezident
təqaüdünün təyin
edilməsi, eyni zamanda istedadlı uşaqlara bu təqaüdün şamil
edilməsi görülən
tədbirlər silsiləsinə
aiddir. "Xalq ulduzu" televiziya müsabiqəsindən
bir neçə ay keçib. Həmin müsabiqədə münsiflər ölkənin
tanınmış sənət
adamları olsa da tamaşaçıların
göndərdikləri SMS-lər
həlledici amil idi. Bu isə
çox vaxt haqlı narazılıqlara
səbəb olurdu, çünki zəngin təcrübəsi olan münsiflərin rəyləri
bəzən SMS-lərin
qarşısında heçə
enir, beləliklə də ədalətsizliyə
yol verilirdi.
Ancaq bir neçə həftə əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Az.TV kanalında başlanan muğam müsabiqəsi xalqın ürəyindən,
necə deyərlər,
tikan çıxardı.
Respublikanın xalq artistləri, məşhur
müğənnilər Arif
Babayev, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum
İbrahimov, professor Ramiz
Zöhrabov, sənətşünaslıq
namizədi İbrahim Quliyev və layihənin müəllifi
Nadir Axundov yüzlərlə
gəncin arasından seçim edərək 20 nəfər istedadlını
muğam müsabiqəsinə
cəlb etmişlər.
Gözəl səsə, normal səhnə davranışına
və geyiminə, qabiliyyətə malik olan həmin gənc müğənnilər
mahir ifaları ilə insanların zövqünü oxşayır,
qədim xalq muğamlarını bir daha yada salır,
sevdirirlər. SMS-lərin olmaması, münsiflərin ədalətli
qərarları hamını
razı salır, muğamın yenidən xalqa qaytarılmasına güclü inam yaradır.
Azərbaycan.- 2007.- 17
noyabr.-S. 6.