Vokalçıların Bülbül adına IV beynəlxalq müsabiqəsi
Yarışma
Bülbülün 100 illlyinə həsr olunub
Noyabrın 26-dan dekabrın
6-dək Bakıda vokalçıların Bülbül
adına IV beynəlxalq müsabiqəsi
keçiriləcək. Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
baş tutacaq yarışma böyük müğənni
və pedaqoqun 110 illik yubileyinə həsr olunur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, münsiflər heyətinə Beynəlxalq Musiqi Xadimləri İttifaqının prezidenti, SSRİ xalq artisti İrina Arxipova başçılıq edəcək. Təşkilat komitəsinə nazir Əbülfəs Qarayev sədrlik edir. Müsabiqə iştirakçıları 4 mükafat, Qran-pri və xüsusi mükafatlar uğrunda mübarizə aparacaqlar. Ən yaxşı konsertmeyster üçün üç mükafat təsis olunub.
Müsabiqənin şərtlərinə görə, birinci mərhələdə XVII-XVIII əsrlərə aid kantata, opera və ya oratoriyadan ariya, XIX-XX əsr Qərbi Avropa bəstəkarının operasından böyük ariya, iştirakçının mənsub olduğu ölkənin xalq mahnısı səslənəcək.
Müsabiqənin ikinci mərhələsində
iştirakçılar operadan
böyük ariya (öz seçimi ilə), XIX əsr Qərbi Avropa və ya rus
bəstəkarının romansını,
XX əsr bəstəkarının
əsərini (opera, kantata və oratoriyadan ariya), Bülbülün repertuarından Üzeyir Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" romanslarını, Asəf
Zeynallının "Ölkəm", Fikrət Əmirovun "Ulduz" romanslarını ifa edəcəklər.
Sonuncu mərhələdə
müsabiqə iştirakçıları
simfonik orkestrin müşayiəti ilə
operadan iki ariya oxuyacaqlar. Püşkatma müsabiqənin
açılışı günü noyabrın
26-da keçiriləcək.
Gün.- 2007.- 9 noyabr.- S. 14.