Zəminə
Zeynəb
Xanlarova İstanbulda çıxış edib
Müğənninin
daha bir konserti sabah Dənizli şəhərində
keçiriləcək
"Ses
Organization"ın rəhbəri Nahid Emiloğlunun
təşəbbüsü ilə noyabrın 4-də
İstanbulun Bostançı Gösteri Mərkəzinin
böyük salonunda xalq artisti Zeynəb Xanlarovanın konserti
keçirilib. Təşkilatçının
qəzetimizə verdiyi
məlumatına görə, "Palmali"
şirkətlər qrupunun sponorluq etdiyi musiqili gecəyə
minlərlə tamaşaçı gəlib. N.Emiloğlu
əlavə etdi ki, müğənnini 10 nəfərdən
ibarət musiqiçi heyəti müşayiət edib.
Xatırladaq ki, sözügedən konsertin
danışıqları ötən il aparılıb, lakin
Zeynəb xanım qəti fikir söyləmədiyindən
musiqili layihə bu günlərə qədər təxirə
salınmışdı.
Səfərlərinin davam etdiyini diqqətə
çatdıran Nahid Emiloğu xatırlatdı ki, iki
gündən sonra Dənizli şəhərindəki eyni
adlı kompleksdə Zeynəb Xanlarovanın daha bir konserti
keçiriləcək. Təşkilatçının sözlərinə
görə, hər iki konsertin biletləri artıq ötən
aydan satılıb qurtarıb.
Ayna.- 2007.- 6 noyabr.- S. 8.