Ayxan
Əbülfəs Qarayev: Kolumbiyaya gedib
Nazir Ümumdünya
Turizm Təşkilatının
XVII sessiyasında iştirak
edir
Mədəniyyət və Turiznı naziri Əbülfəs Qarayev noyabrın 27-də Kolumbiyanın Kartaxena şəhərinə yola düşüb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, noyabrın 23-də sözü gedən şəhərdə öz işinə başlayan ÜmumdUnya Turizm Təşkilatının XVII sessiyasında iştirak etmək üçün Kartaxenaya yollanan nazir sessiya iştirakçıları qarşısında Azərbaycanın turizm potensialı və bu sahədə ölkəmizin son illərdə qazandığı uğurlardan danışacaq. Məlumatda o da bildirilir ki, Ə.Qarayevin Yaponiya, Çin və Almaniyanın müvafiq qurumlarının təmsilçiləri ilə ikitərəfli görüşü də nəzərdə tutulub.
Qeyd edək ki, noyabrın 29-dək davam edəcək sessiyada qurumun Baş Assambleyasına da yeni uzvlərin seçilməsi gözlənilir.
Ekspress.- 2007.- 29 noyabr.- S. 13.