Əliyev İ.
"Gənclər
sivilizasiyaların alyansı naminə" beynəlxalq konfransın
iştirakçılarına
Hörmətli gənclər!
Əziz qonaqlar!
Sizi - "Gənclər sivilizasiyaların alyansı naminə" beynəlxalq konfransın iştirakçılarını ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram.
Müasir dövrün reallıqları gənclərlə iş sahəsində daha çevik siyasət aparılmasını tələb edir. Gənclərin problemlərinin öyrənilməsi və həlli üçün yeni iş üsullarının tətbiq edilməsi tarazlaşdırılmış və dünyəvi prinsiplərə əsaslanan gənclər siyasətinin formalaşdırılması zərurətini meydana çıxarırr. Müstəqil Azərbaycanda gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Görülən işlər gənclərin maraqlarının və hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait yaradılmasını sürətləndirmiş, gənclərin təşkilatlanmasına və ictimai-siyasi fəallıqlarının artmasına təkan vermişdir.
Bu gün Azərbaycan daimi mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadan, eyni zamanda, ümubəşəri ideyalan mənimsəyərək, dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan nəsil yetişmişdir. Onlar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni qəsbkarların tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması naminə qüvvə və bacarıqlarının səfərbər edərək fəaliyyət göstərirlər. Son illərdə ölkəmizin iqtisadiyyatının misli görünməmiş yüksəlişi gənclərimiz qarşısında geniş üfüqlər açmış və onlara bəslənilən ümidləri daha da artırmışdır.
2007-ci ilin Azərbaycanda "Gənclər ili" elan edilməsi ilə əlaqədar ölkəmizdə müxtəlif səviyyəli tədbirlər təşkil olunmaqdadır. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Avropa Şurası, İSESKO kimi beynəlxalq təşkilatları və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi "Gənclər sivilizasiyalarının alyansı naminə" Beynəlxalq konfransın bu baxımdan ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus yeri vardır.
Belə bir tədbirin sivilizasiyaların qovuşuğunda yerləşən, özündə Şərq və Qərb mədəni dəyərlərini cəmləşdirən Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Ümidvaram ki, elm, mədəniyyət və sosial sahələrdə tanınmış alimlər tərəfındən sivilizasiyaların qarşılıqlı münasibətləri, siyasi, ictimai-mədəni problemləri haqqında aparılacaq müzakirələr və fıkir mübadilələri gənc liderlərin formalaşmalarına və bu sahədə onların dünya təcrübəsini öyrənmələrinə öz töhfəsini verəcəkdir. Mən "Gənclər sivilizasiyaların alyansı naminə" beynəlxalq təşəbbüsün nəticəsi olaraq, eyni adlı hərəkatın yaradılması ideyasını da alqışlayıram.
Bir daha konfransımızın işinə müvəffəqiyyətlər arzulayır, hamınıza cansağlığı,
uzun ömür və ölkələrimizdə
bu beynəlxalq gənclər hərəkatının
geniş vüsət alması naminə uğurlar diləyirəm.
Xalq qəzeti.- 2007.- 2 noyabr.- S. 1.