Cəvahir
Lirik mahnılar
müəllifi
Emin Sabitoğlunun 70 yaşı
tamam oldu. Dünən lirik
mahnıların mahir bəstəçisi bəstəkar
Emin Sabitoğlunun 70 yaşı tamam oldu. E.Sabitoğlu Azərbaycan musiqisinə
xüsusi töhfəsi
olan bəstəkarlardandır.
Müğənnilərdən Flora Kərimova, Mirzə Babayevin ifasında sevə-sevə dinlənilən
«Bağışla», «Taksi»,
«Payız gəldi, uçdu getdi quşlar», «Bir liman, bir də
mən», «Bu dünyadan»
və digər yüzlərlə mahnı
indi də dillər əzbəridir. Bəstəkarın yaradıcılığı
yalnız həzin mahnılarla kifayətlənmir.
Bəstəkar, həmçinin,
25 bədii film üçün musiqilər
yazıb: «Bizim Cəbiş müəllim», «Otel otağı», «Bəyin oğurlanması»,
«Ölsəm, bağışla»,
«Gün keçdi», «Atları yəhərləyin»,
«Təhminə», «Dədə
Qorqud» və s. 2001-ci ildə dünyasını dəyişən
bəstəkarın ömrünü
son günləri Türkiyədə keçmişdi.
Qeyd edək ki, yaxın günlərdə Dövlət
Film Fondunda bəstəkarın xatirəsinə
həsr olunmuş mərasim keçiriləcək.
Bu barədə qəzetimizə fondun direktoru Cəmil Quliyev məlumat verib. Tanınmış mədəniyyət xadimlərinin
qatılacağı mərasimdə
bəstəkarın həyat
və yaradıcılıq
yolunu əksetdirən
foto-sərgi nümayiş olunacaq. Həmçinin, bəstəkarın
musiqi yazdığı
bədii filmlərdən
fraqmentlər göstəriləcək.
Mərkəz.- 2007.- 3 noyabr.- S. 11.